Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan erməni jurnalistə sərt cavab verdi

552
(Yenilənib 20:55 03.12.2018)
"Bilirsiniz, mənim ölkəmdə nə qədər erməni yaşayır?”

BAKI, 3 dekabr — Sputnik. Türkiyə hökuməti Ermənistandan olan qeyri-leqal miqrantları deportasiya etmir. Sputnik Ermənistan xəbər bunu Buenos Ayresdə erməni əsilli jurnalistin sualını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
© Photo : Tatyana Zenkovich / pool photo via AP

"Türkiyəni erməni "soyqırımında" günahlandırmaq olmaz. Bu məsələni tarixçilərin müzakirəsinə buraxmaq və onların nə deyəcəyinə baxmaq lazımdır. Biz istənilən müzakirədə iştirak etməyə hazırıq" - deyə Ərdoğan, özünü "soyqırım" qurbanlarının birinin nəslinin nümayəndəsi adlandıran jurnalistin sualını cavablandırarkən bildirib.

"Bilirsiniz, mənim ölkəmdə nə qədər erməni yaşayır? Yüz minlərlə. Onlardan 30 mini Türkiyə vətəndaşıdır, qalanları isə sənədsiz yaşayır. Biz onlara buna icazə vermişik. Onlar vətəndaşlığa görə heç bir diskriminasiyaya məruz qalmır və biz bu səbəbə görə heç kimi deportasiya etməmişik. Biz onlara qarşı olduqca insani davranırıq və belə də davranmaya da davam edəcəyik" - Ərdoğan vurğulayıb.

552
Teqlər:
soyqırım, jurnalist, erməni, Rəcəb Tayyip Ərdoğan
Əlaqədar
Ərdoğan təkləndi
Ərdoğan kraldan jurnalistin cəsədinin yerini göstərməyi tələb etdi
Ərdoğan İrana qarşı sanksiyalar barədə sərt danışdı
Ərdoğan və Tramp görüşüblər
AZAL təyyarəsi

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib - Yeni qərar

7
Nazirlər Kabinetinin bu gün imzaladığı qərara əsasən, iyunun 21-dən daha yeddi ölkənin vətəndaşlarının Azərbaycan Respublikasına səfər etməsinə icazə verilir.

 

BAKI, 16 iyun — Sputnik. İyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə veriləcək.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

"Ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşmaqda davam edir.

Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 10 iyun tarixindən epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşları üçün hava yolu ilə Azərbaycan Respublikasının ərazisinə səfərlərdə yumşalmalar tətbiq edilib.

Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığını nəzərə alaraq, iyunun 21-dən aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə verilir:

- ABŞ

- Bəhreyn

- Birləşmiş Ərəb Əmirlikləri

- Böyük Britaniya

- İsrail

- Macarıstan

- Qətər

Azərbaycana gəlmək üçün tələblər

Qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasına səfər etməsi üçün aşağıdakı tələblər gözlənilməlidir:

- yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;

- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.

Yaşı 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar.

Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman müəyyən edilmiş tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır", - deyə məlumatda qeyd olunub.

İlk qaranquşlar

Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. Həmin qərara əsasən yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması şərti ilə ölkəmizə səfər edə bilərlər. Həmçinin 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunmalıdır. Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur. Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.

Eləcə də oxuyun:

  • Azərbaycanda gəlmə turizmə "yaşıl işıq" - Siyahı artırıla bilər

  • İlham Əliyevin köməkçisi quru sərhədlərinin açılması məsələsinə aydınlıq gətirib

7
Teqlər:
Azərbaycan, icazə, vətəndaş, xarici, uçuş
Tehran şəhərinə mənzərə, arxiv şəkli

İranda namizədlərdən ikisi prezident seçkisində iştirakdan imtina edib

9
(Yenilənib 17:24 16.06.2021)
İranın keçmiş vitse-prezidenti, prezidentliyə namizəd Möhsün Mehrəlizadə də iyunun 18-də keçiriləcək seçkidə iştirakdan imtina edib.

BAKI, 16 iyun — Sputnik. İran parlamentinin deputatı, Parlamentin Araşdırma Mərkəzinin rəhbəri Əlirza Zakani prezident seçkilərində öz namizədliyini, digər namizəd Ali Məhkəmənin sədri İbrahim Rəisinin xeyrinə geri götürdüyünü bildirib. Sputnik Azərbaycan xəbər verir ki, Zakani "Gənc Jurnalistlər Klubu" agentliyinə müsahibəsində bildirib.

Qeyd edək ki, daha əvvəl İran Məclisinin deputatları prezident seçkilərində iştirak edən mühafizəkarları öz namizədliklərini Rəisinin xeyrinə geri götürməyə çağırıb.

Xatırladaq ki, İranın keçmiş vitse-prezidenti, prezidentliyə namizəd Möhsün Mehrəlizadə iyunun 18-də keçiriləcək seçkidə iştirakdan imtina edib.

Mehrəlizadə məktubda seçkidə iştirakdan imtina etməsinin səbəbini açıqlamayıb.

Xatırladaq ki, prezidentliyə 7 namizəd qeydə alınmışdı: İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzayi, Mərkəzi Bankın keçmiş müdiri Abdülnasir Himməti, Təhlükəsizlik Şurasının keçmiş katibi Səid Cəlili, parlament sədrinin müavini Əmir Hüseyn Kazizadə-Haşimi. Hazırda namizədlərin sayı 5-ə düşüb.

9