G20 liderlər sammitinin iştirakçıları

"G20" sammitinin yekun bəyannaməsi açıqlandı

28
(Yenilənib 17:24 03.12.2018)
"G20" sammiti 2019-ci ildə Yaponiyada, 2020-ci ildə isə Səudiyyə Ərəbistanda keçiriləcək

BAKI, 3 dekabr — Sputnik. Argentinada bu gün başa çatacaq "G20" liderlər sammitinin yekun bəyannaməsi açıqlanıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bəyannamədə əməkdaşlıq, inkişaf üçün infrastruktur, davamlı ərzaq strategiyası və gender bərabərliyi kimi mövzuların əhatəli şəkildə müzakirə olunduğu qeyd edilib.

Bəyannamədə Dünya Ticarət Təşkilatının bəzi funksiyalarının yetərsiz olduğu və burada islahatın aparılmasının lazım olduğu deyilib.

Sənəddə Paris iqlim müqaviləsinin ləğv edilməz olduğu deyilib, bunun həyata keçirilməsinin əhəmiyyətinə və iqlim dəyişikliyilə mübarizəyə diqqətə çəkilib.

Beləliklə, yekun bəyannamənin iqlim dəyişikliyi ilə bağlı hissəsinə yalnız ABŞ-ın qoşulmadığı elan edilib.

Bəyannamədə həmçinin terrorun hər növünün güclü şəkildə pislənildiyi qeyd edilib.

Sənəddə 2019-ci ildə "G20" sammitinin Yaponiyada, 2020-ci ildə isə Səudiyyə Ərəbistanda keçirilməsinə qərar verildiyi qeyd olunub.

28
Teqlər:
Bəyənnamə, Ümumdünya Ticarət Təşkilatı, sammit, G-20
Əlaqədar
Azərbaycanlı alim G20 çərçivəsində keçirilən tədbirlərə qatılacaq
Çinin Xançjou şəhərində G20 sammiti öz işinə başlayıb
G20 sammiti dünyaya nə verəcək
G20 sammitində Donald Trampla bağlı maraqlı olay

Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”

82
(Yenilənib 23:16 08.08.2020)
Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azerbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov deyir ki, virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir
Vüqar Məmmədov: “Ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınır”

“Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırır. Bu barədə mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib.

Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov Sputnik Azərbaycan-a deyir ki, virusun mutasiya etmə ehtimalı yüksək olduğu üçün əldə ediləcək vaksinlərin nisbi effektiv olacağı ilə bağlı fikirlər var:

“Yəni bir müddət sonra bu vaksinlər də etibarsız ola bilər. Virusla mübarizənin iki mühüm yolu var. Birincisi vaksinasiyadırsa, ikincisi kollektiv immunitetin formalaşdırılmasıdır. Biz kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq. Əslində virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir. Azərbaycanda virusa yoluxan insanların böyük əksəriyyəti sağalıb, yoluxlanların 80 faizi xəstəlyi yüngül formada keçiriblər. Bu cür böyük rəqəmlər nəzərə alınmadan ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınırlar”.

Vüqar Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

82
Dondurma, arxiv şəkli

Həm sərinlən, həm keflən - Tünd alkoqollu dondurmanın istehsalına icazə verildi

1076
(Yenilənib 01:46 09.08.2020)
Dondurmanın yaradıcıları bildirirlər ki, tünd alkoqol və qaymaqlı dondurmanın birləşməsi improvizasiyaya imkan verən dadların böyük palitrasını yaradır

BAKI, 9 avqust – Sputnik. Nyu-York ştatının qubernatoru tünd alkoqollu içkilər əlavə edilmiş dondurmanın istehsalına icazə verən qanunu imzalayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, iki il əvvəl qubernator Endryu Kuomo pivə və sidrlə dondurma istehsalına icazə verib. İndi bu desertə likör da əlavə etmək olar. Rəsmilər hesab edirlər ki, bu qanun kiçik biznesi stimullaşdıracaq, nyu-yorklu fermerlərə, kraft içki və süd məhsulları istehsalçılarına istehlakçıların tələbatını ödəməyə imkan verəcək.

Qaydalara görə, dondurmada alkoqol 5 faizdən çox ola bilməz. Bu deserti 21 yaşından gənc insanlara satmaq da qadağandır.

Dondurmanın yaradıcıları bildirirlər ki, tünd alkoqol və qaymaqlı dondurmanın birləşməsi improvizasiyaya imkan verən dadların böyük palitrasını yaradır. Likör, pivə və sidrdən əlavə, dondurmanın həmçinin şərab və ağcaqayın burbonu ilə olan variantları da var.

1076
Əlaqədar
Bu yay dondurmadan qorxmaq lazımdır?
Dondurma yaladı, həbs olundu
"Hesab mənlikdir!" – Putin Ərdoğana dondurma qonaqlığı verdi
Ən dadlı qidanın böyük təhlükəsi: Dondurma alarkən son dərəcə diqqətli olun
Защитник Карабаха Аилтон Феррейра празднует забитый гол в ворота кипрского АПОЭЛ

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub

0
Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

BAKI, 9 avqust - Sputnik. Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların 2020/21 mövsümündəki ilk rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks” (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

Bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada bəlli olub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

0