Ermənistanda hərbçini güllələdilər

© Sputnik / StringerКаска армянского солдата, фото из архива
Каска армянского солдата, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sarkisyan 2016-cı ildən Ermənistan Silahlı Qüvvələrində xidmət aparıb

BAKI, 3 dekabr — Sputnik. Ermənistanda müqavilə əsasında xidmət aparan hərbçi həlak olub. Bu barədə Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir.

Məlumata əsasən, hadisə dekabrın 1-i saat 20:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş verib. Belə ki, 1987-ci il təvəllüdlü Qor Aqvanoviç Sarkisyan aldığı güllə yarısından ölüb.

Qeyd olunur ki, Qor Sarkisyan 2016-cı ildən Ermənistan Silahlı Qüvvələrində xidmət aparıb.

Xəbər lenti
0