Ermənistanda qalmaqallı həbs gözlənilir

© Sputnik / Asatur YesayantsАрам Арутюнян
Арам Арутюнян - Sputnik Azərbaycan
Abunə olmaq
Baş prokuror Milli Məclisin sədrinə müraciət edib

BAKI, 3 dekabr — Sputnik. Ermənistan Baş Prokurorluğu ölkənin sabiq ekologiya naziri, müxalif deputat Aram Arutunyana 14 milyon dollar dəyərində rüşvət almaq və qanunsuz yolla əldə olunan gəlirlərin leqallaşdırılması üzrə ittiham irəli sürmək niyyətindədir. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Офис ИТ-компании Яндекс в Москве, фото из архива - Sputnik Azərbaycan
Dövlət Komitəsi erməni təxribatının qarşısı alıb

"2015-ci ildə başladılan cinayət işinin araşdırılması zamanı məlum olub ki, 2008-ci ildə Ermənistanın ekologiya naziri olmuş Arutunyan 10 əlvan metal yatağında geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi üçün lisenziyanın əldə olunması qarşılığında 14 milyon dollar həcmində rüşvət tələb edib və alıb" - deyə Ermənistan Baş Prokurorluğunun məlumatında bildirilir.

Qeyd olunur ki, yataqlar Syunik, Qeqarkunik, Lori və Kotaysk vilayətlərində yerləşib: "6 milyon dollar Arutunyana vasitəçilər tərəfindən birbaşa, yerdə qalan 8 milyon isə bank vasitəsilə, köçürülmə yolu ilə ödənilib".

İstintaqın araşdırmasına görə, sabiq nazir xarici ölkələrdə digər şəxslərin adına bank hesabları açıb: "Bundan əlavə, istintaq müəyyən edib ki, Yerevanda bir neçə iqamətgah və mənzil, Respublika meydanı yaxınlığında 7 mərtəbəli bina, restoran kompleksi, 880 min dollar dəyərində ictimai əhəmiyyətli tikinti, Kotayk vilayətində 10-dan artıq kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaq ərazisi aşkarlanıb".

Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Arutunyana qarşı rüşvət almaq və gəlirlərin leqallaşdırılması maddələri üzrə işə başlamaq üçün kifayət qədər əsaslar var: "Bu maddələr üzrə ittiham olunan şəxs 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. Ermənistanın Baş prokuroru Artur Davtyan cinayət işinin başlanması və Arutunyanın həbsi edilməsi üçün Milli Məclisin sədrinə müraciət edib".

Xəbər lenti
0