Qətər OPEC-dən çıxır

© REUTERS / Heinz-Peter BaderШтаб-квартира OPEC в Вене, Австрия, 29 ноября 2016 года
Штаб-квартира OPEC в Вене, Австрия, 29 ноября 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə qaz hasilatı və sıxılmış qaz istehsalına diqqət ayıracaq

BAKI, 3 dekabr — Sputnik. Qətər Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) tərk etməyə hazırlaşır. Sputnik Azərbaycan "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Qətərin enerji naziri Saad əl-Kaabi bildirib.

"Qətər 2019-cu ilin yanvarın 1-indən OPEC üzvlüyündən çıxacaq. Ölkə bazar ertəsi bu barədə təşkilatı məlumatlandıracaq", - deyə Saad əl-Kaabi bildirib.

Onun sözlərinə görə, ölkə qaz hasilatı və sıxılmış qaz istehsalına diqqət ayıracaq.

Qeyd edək ki, hazırda Qətərin gündəlik neft hasilatı 600 min barel təşkil edir.

Xəbər lenti
0