Ofisiant, arxiv şəkli

Parisdə yeni açılan restoranda paltarsız nahar edə biləcəksiz

425
(Yenilənib 16:29 29.11.2018)

BAKI, 2 dekabr - Sputnik. Parisdə ilk dəfə insanlar arasında çılpaq şəkildə yemək yeməyə imkan verən restoran açılır.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Paris dünyanın ən çox turist qəbul edən şəhərlərindən biridir və yeni açılacaq restorana istəyənlər paltarsız gələcəklər.

İstəyən müştərilər restoranda çılpaq bir şəkildə vaxt keçirəcək. "The Local" adlı restoranda bir yeməyin qiyməti orta hesabla 30 avro ətrafında olacaq.

Restoran sahibi indidən çoxlu sayda sifarişlər aldıqlarını açıqlayıb.

425