İran hərbi gəmisi

İran yeni döyüş gəmisini Bəsrə körfəzinə göndərdi

122
(Yenilənib 18:15 01.12.2018)
İran yeni raket sistemləri ilə təchiz edilən yerli istehsal olan döyüş gəmisini keçirilən mərasimlə Bəsrə körfəzinə endirib

BAKI, 1 dekabr — Sputnik. İran yeni döyüş gəmisini Bəsrə körfəzinə endirib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İran yeni raket sistemləri ilə təchiz edilən yerli istehsal olan döyüş gəmisini keçirilən mərasimlə Bəsrə körfəzinə endirib.

İran dövlət televiziyası "Səhənd" adı verilən yerli döyüş gəmisinin Hörmüz boğazında keçirilən mərasimlə suya endirildiyini açıqlayıb.

Bir vertolyotun enməsi üçün imkanın olduğu gəminin uzunluğu 96 metrdir. Gəmi inkişaf etmiş radarlara malikdir.

Gəmi 5 ayadək dənizlərdə qala bilmə qabiliyyətinə malikdir.

İran ilk yerli döyüş gəmisi olan "Cemaran"ı 2010-ci ildə Bəsrə körfəzindəki dəniz donanmasına əlavə etmişdi.

122