Səudiyyə şahzadəsi təhlükəsizliyinə görə sərt addımlar atır

© REUTERS / KEVIN LAMARQUEПринц Саудовской Аравии Мухаммед ибн Салман Аль Сауд
Принц Саудовской Аравии Мухаммед ибн Салман Аль Сауд - Sputnik Azərbaycan
Abunə olmaq
Argentina KİV-ləri şahzadənin ona qarşı keçiriləcək etiraz aksiyalar səbəbindən səfirliyin binasında qaldığını irəli sürüb

BAKI, 1 dekabr — Sputnik. G-20 zirvəsinə qatılmaq üçün Argentinada səfərdə olan Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman otel əvəzinə ölkəsinin səfirliyində qalıb.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, şahzadənin gün ərzində səfirliyin binasından çıxmadığı iddia edilib.

Argentina KİV-ləri şahzadənin ona qarşı keçiriləcək etiraz aksiyalar səbəbindən səfirliyin binasında qaldığını irəli sürüb.

İddiaya görə, səfirliyə metal barrikadalar və güllə keçirməyən şüşələr əlavə olunub. Salmanın cümə günü şəhəri gəzməyi planlaşdırdığı, ancaq, gün boyu səfirlik binasından çıxmadığı bildirilib.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanı şahzadəsinin əmri ilə öldürüldüyünə inanır. Vaşinqtonda yerləşən Səudiyyə Ərəbistanının səfirliyi isə MKİ-nin son açıqlaması ilə razılaşmayıb. Səfirlikdən bunların yalan olduğu bildirilib.

 

Xəbər lenti
0