Qırıcı

Baltik dəniz səmasında Rusiya NATO qarşıdurması

273
(Yenilənib 15:30 30.11.2018)
Belçikanın Hava Qüvvələri Rusiyanın Baltik dənizində icazəsiz uçuş həyata keçirdiyini iddia edib

BAKI, 30 noyabr — Sputnik. Belçika Hərbi Hava Qüvvələri Rusiya qırıcılarına müdaxilə etdiyini açıqlayıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Belçika Rusiyanın Baltik dənizində icazəsiz uçuş həyata keçirdiyini iddia edib. Bundan sonra Baltik dəniz səmasında NATO-nun hava sahəsini qoruyan Belçika Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarələri havaya qaldırılıb və rus qırıcılarına müdaxilə edib.

Xəbərdə deyilir ki, F-16 döyüş təyyarələrinin havaya qalxmasından sonra Rusiya qırıcıları Belçika hava məkanını tərk edib.

Qeyd edək ki, Belçikanın Hava Qüvvələri Rusiya qırıcılarının görüntülərini sosial şəbəkədəki hesabında da paylaşıb.

273
Teqlər:
NATO, Baltik dənizi, toqquşma, Rusiya, təyyarə, Belçika
Əlaqədar
Təyyarə qəzaya uğradı, avtomobil yoluna düşdü
Təyyarə iki metr hündürlükdən uçdu – VİDEO
Moskva səmasında iki təyyarə toqquşub
Təyyarə avtomobil yoluna endi — VİDEO
Bir gündə iki təyyarə qəzası baş verib, ölənlər var