Angela Merkel

Merkel: "Almaniya Qarabağ münaqişəsinə göz yuma bilməz"

71
(Yenilənib 14:28 30.11.2018)
"Belə münaqişələrin mövcudluğu onlara istədikləri kimi inkişaf etməyə mane olur"

BAKI, 30 noyabr — Sputnik. Biz postsovet məkanında olan münaqişələrə göz yuma bilmərik. Sputnik Azərbaycan "Deutsche Welle"-yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel noyabrın 29-u Berlində keçirilən üçüncü Almaniya – Ukrayna iqtisadi forumunda çıxışı zamanı bildirib.

"Əgər siz Rusiya ilə qonşu ölkələrdə vəziyyətə baxsanız görərsiniz ki, Gürcüstanın Cənubi Osetiya və Abxaziya ilə problemləri, Moldovada Dnesteryanı, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi, eləcə də Ukraynanın şərqində münaqişə var" – deyə Merkel qeyd edib.

Onun sözlərinə görə, belə münaqişələrin mövcudluğu onlara istədikləri kimi inkişaf etməyə mane olur: "Biz buna göz yuma bilmərik".

71
Teqlər:
bəyanat, Dağlıq Qarabağ, münaqişə, Angela Merkel
Əlaqədar
Merkel daha kansler olmayacaq – Gözlənilməz qərar
Putin Trampı geridə qoydu, Merkel isə favoritdir
Putin, Merkel və Makron Ərdoğanla görüşə gedirlər
Merkel: "Regionda Azərbaycanın simasında ən vacib ticarət tərəfdaşımız var"
Angela Merkel Azərbaycana səfərə gəlib