ABŞ konqresinin binası

Türkiyə ilə bağlı gizli hesabat Konqresə təqdim edildi

8453
(Yenilənib 12:34 29.11.2018)
Hesabatda qeyd edilib ki, Türkiyə Rusiyadan S-400 alarsa, bu, yalnız F-35 qırıcılarının Türkiyəyə tədarükünə deyil, həmçinin, F-16 qırıcılarının, "CH-47f" və "UH-60" helikopterlərinin bu ölkəyə satılmasına təsir edəcək

BAKI, 29 noyabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ilə bağlı Konqresə gizli hesabat təqdim edib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, hesabatda Türkiyənin Rusiyadan S-400 almasından bəhs edilir.

Hesabatda qeyd edilib ki, Türkiyə Rusiyadan S-400 alarsa, bu, yalnız F-35 qırıcılarının Türkiyəyə tədarükünə deyil, həmçinin, F-16 qırıcılarının, "CH-47f" və "UH-60" helikopterlərinin bu ölkəyə satılmasına təsir edəcək.

Hesabatda bildirilir ki, Türkiyə S-400 alarsa, Pentaqon Türkiyənin F-35 proqramının tərəfdaş olmasına yenidən baxacaq. Baxmayaraq ki, hazırda Türkiyə F-35 proqramının mühüm tərəfdaşıdır və bu proqrama 1.25 milyard dollardan artıq sərmayə qoyub.

Sənəddə deyilir ki, Türkiyə hökuməti S-400 tədarükü məsələsində razılığa gəldiyini açıqca və təkrar-təkrar bildirib və S-400 qəbulu 2019-cu ilin iyulunda reallaşacaq.

Hesabatda o da bildirilib ki, Türkiyə on ildir davam edən hava müdafiə sistemi axtarışı üçün əsəbiləşib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bundan bir müddət öncə deyib ki, S-400 ilə bağlı razılığa gəlinib və bunu ləğv edə bilmərəm. Amma daha çoxuna ehtiyacımız var. Bunları da müttəfiqlərimizdən almağı üstün tuturam.

8453