Pyotr Poroşenko

Ukraynada keçirilən prezident seçkilərinin vaxtı təyin edildi

55
(Yenilənib 17:30 28.11.2018)
Prezident seçkiləri 31 mart 2019-cu ildə keçiriləcək

BAKI, 28 noyabr — Sputnik. Ukraynada növbəti prezident seçkilərinin keçiriləcəyi tarix bilinib. Sputnik Azərbaycan "Gazeta.ru"-ya istinadən xəbər verir ki, bu barədə qərarı Ukrayna Ali Radasının sədri Andrey Parubiy imzalayıb.

Belə ki, qərara əsasən Ukrayna ərzində növbəti prezident seçkiləri 31 mart 2019-cu ildə keçiriləcək.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.

Hadisə ilə bağlı Ukraynanın 10 vilayətində hərbi vəziyyət elan olunub. Belə ki, hərbi vəziyyət 26 noyabr Bakı vaxt ilə saat 16:00-da tətbiq olunub və bu 30 gün, yəni 26 dekabr saat 16:00-a qədər davam etməlidir.

55
Teqlər:
təyinat, vaxt, prezident seçkiləri, Ukrayna
Əlaqədar
Ukrayna Rusiya ilə kəskin qarşıdurma astanasında – Ordu hazırlıq vəziyyətinə gətirildi
İki azərbaycanlı Ukrayna polisini ayağa qaldırıb
Ukrayna polisindən xəbərdarlıq: Lotu Quli növbəti revanşa hazırlaşır
Ukrayna Azərbaycanda dərman zavodu açacaq - Səfir