Mərkəzi Amerikalı qaçqınlar

Tramp ABŞ üçün daha bir məsələdə qalib gəldi

65
(Yenilənib 17:33 26.11.2018)
“Bu karvandan başqa daha bir karvan gələrsə bu bizim üçün problem ola bilər”

BAKI, 26 noyabr — Sputnik. Birləşmiş Ştatlar və Cənubi Amerika ölkələri arasında ciddi böhranın yaşanmasına səbəb olan qaçqın karvanı ilə bağlı yeni xəbərlər yayılıb. Belə ki, Birləşmiş Ştatların prezidenti Donald Tramp məsələ ilə bağlı Meksika hökuməti ilə razılığa gəlib. Sputnik Azərbaycan "Sözcü"yə istinadən xəbər verir ki, anlaşmaya əsasən miqrantlar Meksikada gözləməli olacaq.

Tramp Meksikanın yeni seçilən prezidenti Manuel Lopez Obradorla razılığa gəlib. Öz "Twitter" məsələ ilə bağlı bunları yazıb: "Bütün miqrantlar Meksikada qalacaq".

Razılaşmanın şərtləri isə belədir: "Miqrantlar ABŞ-a keçmək üçün müraciət edəcəklər. Bu prosesin davam etdiyi vaxtda Meksikada qalmaq məcburiyyətində olan miqrantlar müvafiq icazə aldıqdan sonra ABŞ-a daxil ola biləcək".

Dekabrın 1-indən Meksikanın daxili işlər naziri olması planlaşdırılan Olga Sanchez Cordero da məsələyə münasibət bildirib: "Meksikada qalma siyasətinə dair razılaşma əldə etdik. Bu qısa müddətlik bir həll yoludur. Uzun müddətli həll yolu isə insanların köç etməsinin qarşısını almaqdır. Meksika qollarını açıb və hər kəsi gözləyir. Lakin bu karvandan başqa daha bir karvan gələrsə, bu bizim üçün problem ola bilər".

Qeyd edək ki, hazırda ABŞ-la sərhəddə olan "karvan"da 1500-dən artıq qaçqın var. Honduras, El Salvador, Qvatemaladan gələn qaçqınların hədəfi ABŞ-da sığınacaq almaqdır.

65
Teqlər:
qaçqın, Meksika, Donald Tramp
Əlaqədar
Donald Tramp Qaşıqçı olayı ilə bağlı yeni iddia irəli sürüb
Ərdoğan - Tramp görüşünün detalları məlum olub
Kreml Putin-Tramp görüşündən gözləntilərini açıqladı
Tramp yenə təhdid etdi
Valeri Jiskar d'Esten

Fransanın keçmiş prezidenti koronavirusdan öldü

4
(Yenilənib 11:05 03.12.2020)
Valeri Jiskar d'Estenin adını daşıyan fonddan verilən məlumata görə, dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

BAKI, 3 dekabr — Sputnik. Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Esten 94 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan-ın "Europe 1" kanalına istinadən yaydığı məlumata görə, onun adını daşıyan fonddan keçmiş prezidentin koronavirusdan öldüyü bildirilib. O da qeyd olunub ki, dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

Siyasətçinin ölümü ilə əlaqədar həm Fransanın indiki prezidenti Emmanuel Makron, həm də əvvəllər bu ölkəyə rəhbərlik etmiş şəxslər - Nikolya Sarkozi və Fransua Olland başsağlığı veriblər.

Qeyd edək ki, noyabr ayının ortalarında Jiskar d'Esten Fransanın qərbindəki Luar et Şer departamentindəki iqamətgahından xəstəxanaya yerləşdirilmiş, noyabrın 20-də isə evə buraxılmışdı.

Bundan əvvəl keçmiş prezident ağciyər infeksiyası səbəbiylə xəstəxanaya yerləşdirilmişdi. Daha sonra həkimlər onda COVID-19 virusu aşkar etmişdilər.

Valeri Jiskar d'Esten 1926-cı ildə məmur ailəsində anadan olub. O, Ali Politexnik Məktəbi və Milli İdarəetmə Məktəbini bitirib. Şarl de Qoll və Jorj Pompidunun prezidentliyi dövründə maliyyə naziri vəzifəsində çalışıb, Fransız Demokratiyası Uğrunda İttifaq partiyasının lideri olub.

1974-cü ildə Pompidunun ölümündən sonra Jiskar d'Esten prezident seçkilərində qalib gəlib. Onun hakimiyyəti dövründə Fransa Şarl de Qollun xarici siyasətindən imtina edərək NATO strukturlarına qayıtmağa başlayıb. Eyni zamanda, siyasətçi Sovet İttifaqı ilə əlaqələri gücləndirmək üçün xeyli səy göstərib, on dəfədən çox SSRİ-yə və daha sonra Rusiyaya səfər edib.

Keçmiş prezident bir neçə əsərin və iki cildlik memuarlar kitabının müəllifidir.

4
Teqlər:
prezident, Fransa, COVID-19, Koronavirus
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

10
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

10
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

Evi tərk edən COVID-19 xəstələrindən ikisi həyatını itirib

0
Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib.

 

BAKI, 3 dekabr — Sputnik. Dekabrın 2-də ölkə üzrə yaşayış yerini tərk edən 27 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

"Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir", - məlumatda bildirilib.

0