Ukrayna Rusiya ilə kəskin qarşıdurma astanasında – Ordu hazırlıq vəziyyətinə gətirildi

© AP Photo / Efrem LukatskyУкраинские военнослужащие на военной базе в Киеве
Украинские военнослужащие на военной базе в Киеве - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna ordusu və Milli Təhlükəsizlik Xidmətinin qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib

BAKI, 26 noyabr — Sputnik. Ukrayna və Rusiya arasında vəziyyət son dərəcə kəskinləşib. Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, Kerç boğazında yaşanan hərbi insidentdən sonra iki ölkə arasında hərbi qarşıdurma vəziyyəti yaranıb.

Президент Украины Петр Порошенко. Архивное фото - Sputnik Azərbaycan
ABŞ-dan Ukrayna qarşısında sərt tələb

Ukrayna Milli Təhlükəsizlik Şurası gecə ilə keçirilən təcili iclasında ölkədə 60 gün müddətinə hərbi vəziyyətin elan olunmasına səs verib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, qərarın qəbul edilməsi barədə təşəbbüsü Ukrayna Milli Təhlükəsizlik Şurasının sədri Aleksandr Turçinov irəli sürüb. Milli Təhlükəsizlik Şurasının qərarını ölkə prezidenti Pyotr Poroşenko da dəstəkləyib.

Ölkə prezidenti qərarı Ali Radanın qapalı iclas zamanı müzakirə etməyi təklif edib. Ukrayna parlamentinin məsələ ilə bağlı növbədənkənar iclası Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

Ukrayna prezidenti ölkədə hərbi vəziyyətin elan olunmasının Donbasdakı vəziyyətə təsir etməyəcəyini də bildirib.

Bu arada, Ukrayna ordusu və Milli Təhlükəsizlik Xidmətinin qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Kerç boğazında Rusiya və Ukrayna arasında baş verən insidentlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclası da keçiriləcək. Bunu öz "Twitter" səhifəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heyli bildirib.

BMT Təhlükəsizlik Şurasının iclası Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

Qeyd edək ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazıl keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.

Xəbər lenti
0