Девушка с флагами ЕС и Великобритании, фото из архива

Avropa ölkələri tarixi sazişə imza atdılar

95
Böyük Britaniya Avropa Birliyini 2019-cu ilin martında tərk edəcək

BAKI, 25 noyabr - Sputnik. Avropa Birliyinin (AB) tərkibində qalan dövlətlər Böyük Britaniyanın birlikdən çıxmasına dair razılaşma layihələrini ("Brexit") təsdiq ediblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu öz "Twitter" mikrobloqunda Avropa Birlyi Şurasının rəhbəri Donald Tusk yazıb.

"Avropa Birliyinin 27 ölkəsinin liderləri AB və Birləşmiş Krallığı arasındakı ayrılma barədə sazişi və gələcək münasibətlərinə dair siyasi bəyannaməni təsdiq ediblər", - deyə məlumatda bildirilir.

Böyük Britaniya Avropa Birliyini 2019-cu ilin martında tərk edəcək. Brexit-in şərtləri barədə danışıqlar ötən ildən davam edir.

95