CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Facebook-da gənc qız hərraca qoyulub satıldı

© AFP 2023 / Lionel BONAVENTUREFacebook
Facebook - Sputnik Azərbaycan
Abunə olmaq
16 yaşlı qızı 530 baş inəyə, 10.000 dollara, 3 Land Cruiser-ə dəyişiblər

BAKI, 24 noyabr — Sputnik. Cənubi Sudanda qeyri-adi hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Facebook səhifələrindən birində 16 yaşlı sudanlı qız hərraca çıxarılıb. O, ən çox pul və mal təklif edən birinə ailə qurmaq məqsədi ilə satılıb. Hadisə 25 oktyabrda baş verib. Səhifə isə 9 noyabrda Facebook tərəfindən bağlanıb. 16 yaşlı qızı 530 baş inəyə, 10.000 dollara, 3 Land Cruiser-ə dəyişiblər.

Facebook istifadəçiləri bu hadisədən narahat olub və sosial şəbəkə rəhbərliyinə insan hüquqlarının pozulduğunu deyərək bu halların qarşısının alınmasını tələb edib. İlk dəfə baş verən bu hadisənin gələcəkdə də davam etmə ehtimalı olduğundan insanlar narahatlıq keçirirlər.

Xəbər lenti
0