FTB

ABŞ Federal Təhqiqatlar Bürosu Türkiyədə əməliyyat keçirdi

34
(Yenilənib 17:26 23.11.2018)
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Türkiyədə virtual məkanda uşaq istismarı ilə bağlı bir universitet tələbəsini təqib edib

BAKI, 23 noyabr — Sputnik. ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Türkiyədə virtual məkanda uşaq istismarı ilə bağlı bir universitet tələbəsini təqib edib.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, Türkiyənin Samsun şəhərində FTB təqibi nəticəsində aşkar edilən şübhəli polis tərəfindən saxlanılıb.

Saxlanılan tələbənin (N.E.D.) 25 yaşı var.

FTB tərəfindən həyata keçirilən virtual məkanda uşaq istismarına qarşı istintaq çərçivəsində Türkiyədə aşkar edilən şübhəli ilə bağlı məlumat Türkiyənin orqanlarına bildirilib.

Samsun Polis İdarəsinin Kiber Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları FTB-nin məlumatı əsasında universitet tələbəsini evində həbs edib.

Evdə aparılan axtarış zamanı kompüter və rəqəmsal materiallar müsadirə edilib.

Prokurorluqda ifadəsi alındıqdan sonra universitet tələbəsi, nəzarətdə saxlanılmaq şərtilə sərbəst buraxılıb.

34