Türkiyə və Avropa İttifaqı bayraqları

Türkiyə ilə Avropa İttifaqı arasında böyük anlaşma əldə olundu

5837
(Yenilənib 11:52 23.11.2018)
Tərəflər ikitərəfli münasibətlərə dair aktual məsələlər üzrə dialoqu davam etdirəcək

BAKI, 23 noyabr — Sputnik. Türkiyə və Avropa İttifaqı İranın sanksiyaların ləğvindən sonra iqtisadi səmərə əldə etməsinin davam etdirilməsi məsələsində vahid mövqedən çıxış edəcək. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türkiyə - Avropa İttifaqı Yüksək Səviyyəli Siyasi Dialoq Şurasının yekunlarına dair qəbul olunan birgə bəyanatda bildirilir.

Bəyannaməni Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han imzalayıblar.

Bəyannamədə, həmçinin qeyd olunur ki, tərəflər ikitərəfli münasibətlərə dair aktual məsələlər üzrə dialoqu davam etdirəcəklər. Sənəddə bildirilir ki, noyabrın 30-da məlumatların mübadiləsi üzrə sazişin imzalanması üçün Avropa İttifaqı və Türkiyə anti-terror strukturlarının nümayəndələri arasında məsələhətləşmələr keçiriləcək.

Qeyd edək ki, noyabrın 5-dən İrana qarşı yeni sanksiyalar qüvvəyə minib. Yeni sanksiyalar İranın energetika sahəsini – İran neftinin ixracını əhatə edəcək. Rəsmi Vaşinqton bəyan edib ki, onun məqsədi İran neftinin ixracını minimuma endirməkdir.

İran prezidenti Həsən Ruhani bəyan edib ki, İran ABŞ-ın sanksiyalarını aşacaq və ABŞ-ı "peşman edəcək". "Birlik və birgə səylərlə biz sanksiyaları aşacağıq, biz ABŞ-ı peşman olmağa məcbur edəcəyik. Biz ölkəyə xarici investisiyaları cəlb etməyə davam edəcəyik. Biz iqtisadi çiçəklənmə yolunu bərpa edəcəyik" — deyə Ruhani qeyd edib.

5837
Teqlər:
sanksiya, İran, ABŞ, Avropa İttifaqı, Türkiyə
Əlaqədar
Avropa İttifaqı daxilində fikir ayrılığı: "Türkiyənin haqqını ödəyin"
Avropa İttifaqından Türkiyəyə daha bir zərbə
Almaniyadan Avropa İttifaqına skandal Türkiyə məktubu