Глава МИД Турции Мевлют Чавушоглу

Qalmaqal: Çavuşoğlu həmsöhbətlərinin üzlərinə baxıb "ikiüzlüsünüz" dedi

370
(Yenilənib 15:13 22.11.2018)
Mətbuat konfransında gözlənilməz hal yaşanıb

BAKI, 22 noyabr — Sputnik. Türkiyə xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Hanla birgə mətbuat konfransı keçirib. Bu barədə Sputnik Azərbaycan Son Dakika-ya istinadən xəbər verir.

Məlumata əsasən, mətbuat konfransında gözlənilməz hal yaşanıb. Belə ki, Türkiyənin xarici işlər naziri suriyalı terrorçularla bağlı çıxış edərkən Avropa ittifaqı rəsmilərinə müraciət edərək onları "ikiüzlü" adlandırıb: "İkili standart və ikiüzlülük səbəbilə Avropa İttifaqı xalqımızın gözündə etibarsız bir ortaqdır".

Çavuşoğlunun bu sözlərinə Avropa İttifaqının nümayəndələrinin də cavabı özünü çox gözlətməyib

"Avropa İttifaqından daha etibarlı bir tərəfdaş tapmaq mümkün deyil", - deyə Mogerini bildirib.

370
Əlaqədar
Məmmədyarov, Çavuşoğlu, və Zərif bir araya gələcək
Azərbaycan, Türkiyə və Türkmənistan sammiti keçirilə bilər