ABŞ və Çin bayraqları

ABŞ müharibənin fitilini atəşlədi - Dünyanı sarsıdan xəbər

316
(Yenilənib 12:49 21.11.2018)
Çinin Dünya Ticarət Təşkilatından (DTT) çıxarılması gündəmə gələ bilər

BAKI, 21 noyabr — Sputnik. Çinin Dünya Ticarət Təşkilatından (DTT) çıxarılması gündəmə gələ bilər. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının sədri Kevin Hassett Çinin Dünya Ticarət Təşkilatından çıxarılmasının gündəmə gələ biləcəyini açıqlayıb.

"BBC"yə açıqlama verən Hassett Çinin bir DTT üzvü kimi pis niyyətli davrandığını müdafiə edib.

O, həmçinin əlavə edib ki, ABŞ prezidenti Donald Tramp beynəlxalq ticarətdə sərt oynamaq strategiyası üzərində çalışır.

Qeyd edək ki, bir müddət əvvəl Çin Dünya Ticarət Təşkilatının üzvü olan ölkələri ABŞ əleyhinə birləşməyə çağırıb.

 

316
Teqlər:
Ümumdünya Ticarət Təşkilatı, Çin, müharibə, ABŞ
Əlaqədar
Çin ABŞ-la "müharibəyə" qarşılıq verdi, cavab addımları atılır
ABŞ - Çin qarşıdurması dünyanı hara aparır – ekspert şərhi
"ABŞ-Çin ticarət müharibəsi 20 il davam edə bilər"
Dünya təlatüm qarşısında: Çin və ABŞ yüni müharibə astanasındadırlar
Çin ABŞ-ın sərt addımına eyni qaydada cavab verəcək
Rossia seqodnya BİA-nın baş direktoru Dmitri Kiselyov, arxiv şəkli

Kiselyovdan Sputnik Latviya ilə əməkdaşlıq edən jurnalistlərin saxlanılmasına münasibət

16
"Onlar müstəqil jurnalistlər, ştatdankənar müxbirlərdir. Sputnik xəbər agentliyində ştatda deyillər, sadəcə özünüifadə hüquqlarından istifadə edərək sayta mətnlər yazır və ya fotoşəkil göndərirlər. Burada pis nə var ki? Bu insanları nəyə görə təqib eləyirsiz?".

BAKI, 4 dekabr — Sputnik. "Rossia seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov Latviya hakimiyyət orqanlarının Sputnik Latviya və Baltnews-la əməkdaşlıq edən jurnalistlərə qarşı hərəkətini "AB sanksiyalarının yersiz yozumu" kimi qiymətləndirib.

Qeyd edək ki, bir qədər bundan əvvəl Latviya hüquq-mühafizə orqanları Baltnews xəbər portalının keçmiş baş redaktoru Andrey Yakovlev də daxil olmaqla, altı nəfəri saxlayıb. Onlara qarşı Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə – Avropa Şurasının sanksiya rejimini pozma – ittiham irəli sürülüb. Dindirilmə prosesindən sonra jurnalistlər heç yerə getməmələri ilə bağlı yazılı iltizam verərək buraxılıblar.

Rusiya Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bu gün yaydığı məlumatda bildirilirdi: "Latviya Dövlət Təhlükəsizlik Xidmətinin dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin – media və ifadə azadlıqlarının pozulmasının bariz nümunəsi kimi qiymətləndiririk".

Nazirliyin məlumatında o da qeyd olunurdu ki, Sputnik Latviya kollektivinin AŞ sanksiya rejimini pozmaqda ittiham olunması qətiyyən yolverilməzdir: "Bu məhdudiyyətlər şəxsi xarakter daşıyır və şəxsən "Rossia Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyovla əlaqəlidir, media holdinqin bütün əməkdaşlarına şamil edilə bilməz".

Kiselyov da jurnalistlərin bu maddə ilə saxlanılmasının doğru olmadığını vurğulayıb: "AŞ sanksiyaları şəxsən mənə aiddir. Sputnik xəbər agentliyinin daxil olduğu "Rossia Seqodnya" media qruğuna tətbiq oluna bilməz. Məsələ bu qədər bəsitdir. Latviya, necə deyərlər Roma papasından daha çox xristian olmağa can ataraq, fərdi sanksiyaları təşkilata qarşı tətbiq edir. Burada məkrli niyyət var", – deyə baş direktor bilidirib.

"Onlar müstəqil jurnalistlər, ştatdankənar müxbirlərdir. Sputnik xəbər agentliyində ştatda deyillər, sadəcə özünüifadə hüquqlarından istifadə edərək sayta mətnlər yazır və ya fotoşəkil göndərirlər. Burada pis nə var ki? Bu insanları nəyə görə təqib eləyirsiz? Rusiyada belə hərəkətlər vəhşilik kimi qiymətləndirilir. Burada belə şey yoxdur. Kim nə istəyir, necə istəyir, yazır. Buna görə insanları təqib etmək heç kimin ağlına da gəlmir. Əl çəkin onlardan! Utanın! Bütün bunlar çox axmaq təsir bağışlayır" , – deyə Kiselyov bildirib.

Qeyd edək ki, keçən il Estoniyada da analoji hadisə müşahidə olunmuşdu.

16
Teqlər:
jurnalist, saxlanılma, Dmitri Kiselyov, Sputnik Latviya
İstanbul şəhərinə mənzərə, arxiv şəkli

Türkiyədə iki rus jurnalist saxlanıldı - İcazəsiz yerdə çəkiliş aparıblar

21
(Yenilənib 19:09 04.12.2020)
Türkiyə XİN-dəki mənbə rus jurnalistlərin akreditasiyalarının olmaması və icazəsiz çəkiliş apardıqları səbəbindən saxlanıldıqlarını deyib.

BAKI, 4 dekabr - Sputnik. Rusiyanın NTV kanalının iki əməkdaşı Türkiyədə saxlanılıb. Bu barədə NTV kanalından məlumat verilib.

"Dekabrın 3-ü səhər proqram müəllifi Aleksey Petruşko və operator İvan Malışkin redaksiyaya İstanbul ətrafında polis tərəfindən saxlanıldıqları barədə məlumat veriblər. Sonra onlarla əlaqə kəsildi. Axşam 21:00-da Aleksey Petruşko telefonla mesaj gpndərə bildi: "Bizi nəyə görəsə hələ də saxlayırlar. Bundan sonra əməkdalardan xəbər olmayb", - NTV-dən qeyd ediblər.

Hazırda rusiyalıların taleyini RF XİN və bu ölkənin İstanbuldakı Baş konsulluğu araşdırır.

Sputnik Türkiyə bu məsələ ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. XİN-dəki mənbə öz açıqlamasında Petruşko ilə Malışkinin akreditasiyalarının olmaması və icazzsiz çəkiliş apardıqları səbəbindən saxlanıldıqlarını deyib.

Sosial şəbəkədə yayılan məlumata əsasən, rus jurnalistlər "Bayraktar" PUA-larının istehsal olunduğu müəssisənin yaxınlığına çəkiliş aparırmışlar.

21
Teqlər:
jurnalist, İstanbul, Türkiyə
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

0
(Yenilənib 21:07 04.12.2020)
Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il dekabrın 1-dək  210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

0
Teqlər:
Silahlı Qüvvələrə Yardım Fondu, Müdafiə Nazirliyi