Nikol Paşinyan

Paşinyandan ordu ilə bağlı gözlənilməz etiraf

88
(Yenilənib 18:34 20.11.2018)
Paşinyan bildirib ki, o dəfələrlə təmas xəttində olub və hərbçi yeməyi ilə qidalanıb

BAKI, 21 noyabr — Sputnik. Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan hərbçilərin qida rasionundan narazıdır. Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu o, keçirdiyi mətbuat konfransında bildirib.

Paşinyan bildirib ki, o dəfələrlə təmas xəttində olub və hərbçi yeməyi ilə qidalanıb: "Bu sadəcə dəhşətdir. Biz bu problemlə məşğul olmuşuq, oluruq və olacağıq. Lakin məsələnin həcmini də nəzərə almaq lazımdır".

Onun sözlərinə görə, valideynlər üçün ən böyük narahatlıqlardan biri – hərbidə olan övladından "mənə bunu göndərin, mənə ona göndərin" siqnalı almaqdır.

88