Nissan

Avtomobil həvəskarlarının nəzərinə: İki yapon modelinin qiymətləri sürətlə düşür

196
(Yenilənib 18:35 20.11.2018)
Alyans rəhbərinin həbsi avtomobillərin qiymətlərini "öldürdü"

BAKI, 20 noyabr — Sputnik. Nissan və Mitsubishi-nin aksiyaları alyans rəhbərinin həbsi barədə xəbər yayılandan sonra sürətlə aşağı düşüb.

Nissan və Mitsubishi Renault-Nissan-Mitsubishi alyansının başçısı Karlos Qonun həbsi barədə xəbərlər yayılandan sonra Tokio fond birjasında ucuzlaşmağa başlayıb. Nissan-ın səhmlərinin dəyəri 5,45%, Mitsubishi-nin qiymətli kağızlarının dəyəri isə 6,85% aşağı düşüb. Yapon indeksi olan Nikkei 225 isə 1,09% enib.

Xatırladaq ki, noyabrın 19-da 2013-2016-cı illərdə AvtoVAZ-un Direktorlar Şurasının sədri postunu tutmuş Karlos Qon Tokioda həbs olunub. O, Tokio fond birjasına yalan məlumat verməkdə günahlandırılır. Nissan-da aparılan daxili yoxlama zamanı hər üç avtokonsernin xilaskarı hesab edilən top-menecer illər ərzində korporativ hesabatlarda maaşının həcmini aşağı göstərib.

Avtomobil bazarının iştiraikçıları və avtoekspertlər sözügedən konsernə məxsus avtomobillərin qiymətlərinin sürətlə aşağı düşəcəyini proqnozlaşdırır.

 

196