ABŞ-Mekxika sərhəddində miqrantlar, 12 noyabr 2017-ci il

Trampın qaçqınlarla bağlı verdiyi qərar təxirə salınıb

16
(Yenilənib 18:31 20.11.2018)
ABŞ və Meksika sərhədlərinə nəzarət daha da gücləndirilib

BAKI, 20 noyabr — Sputnik. ABŞ prezidenti Donald Trampın Meksika sərhədindən qaçqınların ABŞ-a keçməsini qadağan edən qərarı təxirə salınıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu haqda ABŞ-ın Federal məhkəməsi tərəfindən məlumat yayılıb. Hələ ki, bu qərarın hansı səbəbdən təxirə salındığı bəlli deyil.

Sərhəddəki son vəziyyətlə bağlı isə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb. BMT-nin məlumatına görə, Mərkəzi Amerikadan ABŞ-a keçmək istəyən qaçqınların sayı 7 mindən artıqdır. Bu qaçqınların 2 min 300-ünün uşaq olduğu qeyd olunub.

Ərazidəki gərginliyi aradan qaldırmaq üçün Ağ Ev rəhbəri Donald Tramp nəzarəti gücləndirib. Əraziyə nəzarət edən hərbçi və polislərin sayını artırılıb.

16