Генеральный директор госкорпорации Роскосмос Дмитрий Рогозин

Rusiyanın hərbi siması Vaşinqtona gedir: Hədəf İlon Maskdır

6070
(Yenilənib 15:41 20.11.2018)
"Roskosmos"un baş direktoru Dmitri Roqozin fevral ayında Boeing müəssisələrində istehsal işi ilə tanış olmaq üçün ABŞ-a gedəcək

BAKI, 20 noyabr — Sputnik. "Roskosmos"un baş direktoru Dmitri Roqozin fevral ayında Boeing müəssisələrində istehsal işi ilə tanış olmaq üçün ABŞ-a gedəcək. Orada Roqozin SpaceX-in rəhbəri İlon Maskla da görüşmək niyyətindədir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Roqozin keçirdiyi mətbuat konfransında xəbər verib.

Dövlət korporasiyasının rəhbəri qeyd edib ki, səfər zamanı mütləq Boeing səlahiyyətliləri ilə görüşmək fikrindədir. "Bizi Boeing müəssisələrində istehsal mədəniyyəti maraqlandırır" - deyə o bildirib.

Roqozin, həmçinin İlon Maskla görüşmək arzusunu da ifadə edib. "Mən böyük məmnuniyyətlə onunla görüşərdim. O, məni böyük avantürist və yaxşı mühəndis kimi maraqlandırır" - deyə "Roskosmos"un rəhbəri əlavə edib. 

Hələ oktyabr ayında Roqozin bəyan etmişdi ki, Mask satışı 50-60 milyon dollardan başlayan "təmiz dempinq"lə məşğuldur. Hər il Pentaqon başlanğıc üçün SpaceX-ə 150 milyon dollar ödəyir. "Roskosmos"un başçısının dediyinə görə, ABŞ hökuməti hər il Maska pul verir ki, o, bazara ucuz məhsul çıxarsın. Roqozinin fikrincə, Rusiya tərəfi rəqabət apara bilmir, çünki "Roskosmos" Müdafiə Nazirliyinin milli təhlükəsizliyinin maraqları üçün başlanğıc qiymətləri qaldırmaq iqtidarında deyil.

Bu bəyanatı dövlət korporasiyasının rəhbəri Bremendə (Almaniya) keçirilən Space Tech Expo Europe beynəlxalq forumu ərəfəsində Birinci kanala müsahibəsi zamanı səsləndirmişdi. Roqozin sanksiyalar ucbatından sözügedən forumda iştirak edə bilməyib.

NASA rəhbəri Cim Braydenstayn daha sonra bildirmişdi ki, Ağ Ev ABŞ-a səfər edə bilməsi üçün "Roskosmos"un baş direktoruna qarşı sanksiyaların icrasını müvəqqəti olaraq dayandırıb.

Bir müddət əvvəl İlon Mask fırıldaqçılığa görə ciddi məbləğdə (20 milyon dollar) cərimələnmişdi. Ondan sonra "Tesla"nın yaradıcısının nüfuzu sürətlə aşağı enməyə başlayıb. Hətta Maskın həbs edilə biləcəyi barədə söhbətlər də gəzir. Rusiya da bu fürsəti fövtə verməmək, Maska qucaq açmaq niyyətini gizlətmir. Ekspertlərin fikrincə, Mask kimi istedadlı mühəndislərə və qeyri-standart ideyalar müəllifinə bugünkü Rusiyada son dərəcə böyük ehtiyac var. Rusiya onun beynindən və nüfuzundan yararlanmaq istəyir. Roqozin isə bu istəyin nə dərəcədə reallığa yaxın olduğunu dəqiqləşdirmək üçün Maskla görüşmək və ona təklif etmək niyyətindədir.

6070
Teqlər:
Dmitri Roqozin, Vaşinqton, İlon Mask
Əlaqədar
Dmitri Roqozin: Sektoral sanksiyalar zamanı Azərbaycan Rusiyanı fəal şəkildə dəstəklədi
Dmitri Roqozin İlham Əliyevlə görüşüb
Dmitri Medvedev və Dmitri Roqozin Bakıya gəliblər