ABŞ prezidenti Donald Tramp

Məhkəmə Trampın qərarını ləğv etdi, miqrantlara yol açdı

29
(Yenilənib 13:04 20.11.2018)
Trampın sərəncamının icrasının nə vaxta qədər dayandırılması barədə məlumat verilmir

BAKI, 20 noyabr — Sputnik. Məhkəmə Birləşmiş Ştatlar prezidenti Donald Trampın qeyri-leqal miqrantlara siyasi sığınacağın verilməsini məhdudlaşdıran sərəncamının icrasını müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Qeyd olunur ki, belə bir qərarı San-Fransisko dairəsinin məhkəməsi qəbul edib.

Hələlik, Trampın sərəncamının icrasının nə vaxta qədər dayandırılması barədə məlumat verilmir.

Daha əvvəl vətəndaş azadlıqlarının qorunması üzrə ABŞ Birliyi Trampın bu sərəncamına qarşı məhkəmədə iddia qaldırmışdı.

29
Teqlər:
qərar, məhkəmə, Donald Tramp
Əlaqədar
Putin və Tramp Fransada görüşdülər
Ərdoğan və Tramp görüşüblər
Ərdoğan - Tramp görüşünün detalları məlum olub
Kreml Putin-Tramp görüşündən gözləntilərini açıqladı