Взрыв в южной части Бишкека

Qırğızıstanda vilayət prokuroru qətlə yetirilib

42
Şübhəli şəxs qismində bir nəfər tutulub

BAKI, 18 noyabr - Sputnik. Qırğızıstanın Batken vilayətinin prokuroru Anarbay Mamajakıpov ötən gecə öldürülüb.

Sputnik Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Anarbay Mamajakıpov 2018-ci ilin mayında bu vilayətə prokuror təyin edilibmiş.

Mamajakıpovun cəsədi bu gecə Tort-Kul su anbarının yaxınlığında yolun kənarında aşkar edilib. Onun küt alətlə qətlə yetirildiyi güman edilir.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Artıq şübhəli şəxs qismində bir nəfər tutulub. Həmin şəxsi dünən qətlə yetirilmiş prokurorla bir yerdə görüblər.  Şübhəli şəxs saxlanılarkən sərxoş olub. 

42
Angela Merkel

Angela Merkel Donald Trampın sözünü yerə saldı

6
Hazırda ümumi pandemiya vəziyyətini nəzərə alaraq, Angela Merkel Vaşinqtona səfərə və bu sammitdə iştirakına razı deyil.

BAKI, 30 may - Sputnik. Almaniya kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın G7 sammitinə dəvətini qəbul etməyib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Seibert deyib.

"Federal kansler Vaşinqronda iyun ayının sonunda keçirilməsi nəzərdə tutulan G7 sammitinə dəvəti üçün Prezident Trampa təşəkkür edir. Hazırda ümumi pandemiya vəziyyətini nəzərə alaraq, Angela Merkel Vaşinqtona səfərə və bu sammitdə iştirakına razı deyil. Əlbəttə ki, xanım Merkel pandemiyanın inkişaf xəttini izləməyə davam edəcək", - deyə Steffen Seibert qeyd edib.

6
ABŞ Prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel

Dünyanın iki nəhəng dövlətinin liderləri mübahisə ediblər

16
(Yenilənib 11:21 30.05.2020)
Babası alman olan ABŞ lideri Donald Tramp Almaniya Federal kansleri Angela Merkellə telefon danışığı zamanı mübahisə edib.

BAKI, 30 may - Sputnik. ABŞ prezidenti Donald Tramp və Almaniya Kansleri Angela Merkel arasında baş tutan telefon danışığı zamanı tərəflər “Şimal axını 2” layihəsini, NATO və Çini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, iki lider arasında ciddi fikir ayrılıqları olub və nəticədə tərəflər mübahisə ediblər.

Ağ Ev yayılan məlumatı hələ şərh etməyib.

16
Сотрудник полиции в Баку

Əvvəllər belə şeyə görə tərifləyərdilər, indi həbs edirlər

0
Aparılan müvafiq araşdırmalardan sonra qısamüddətli tədbirin təşkilatçısı Əkbər Rəhmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

BAKI, 30 may - Sputnik. Dünən saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fleşmob keçirilməsinə cəhd edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan bu cəhdin qarşısı Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən alınıb, tamaşaçı qismində oraya toplaşmış insanlar ərazidən uzaqlaşdırılıb və əhalinin sərbəst hərəkəti təmin olunub.

Aparılan müvafiq araşdırmalardan sonra qısamüddətli tədbirin təşkilatçısı Əkbər Rəhmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, oraya toplaşmaqla xüsusi karantin rejiminin tələblərini pozan 50 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən müvafiq tədbirlər görülüb.

“Bir daha bildiririk ki, pandemiya dövründə COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, hazırkı vəziyyətdə hər kəs şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməlidir. Nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə olunmalı, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsi saxlanılmalıdır”.

0