BAKI, 17 noyabr — Sputnik. Rusiyanın “Su-57” yeni nəsil təyyarələri növbəti ildən etibarən kütləvi şəkildə istehsal olunacaq.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, özəllikləri ilə seçilən bu təyyarələr uzun sınaqlardan sonra bu dəfə kütləvi istehsal olunacaq. Qırıcı təyyarələr eyni anda 30 hava hədəfini təqib edə biləcəklər.
Təyyarənin əsas özəlliklərindən biri təyyarənin onun hər bucağına yerləşdirilən antenalardır. Təyyarə məhz bu antenalar vasitəsilə eyni anda daha çox hədəfi təqib edə biləcək.
Qeyd edək ki, ilk uçuşu 2010-cu ildə həyata keçirilən “Su-57” təyyarəsi 8 ildir ki, sınaqlardan keçirilir.
BAKI, 23 yanvar - Sputnik. Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur.
"Report" xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.
Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.
Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.
BAKI, 23 yanvar - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifədə olduğu son həftələr ərzində Corciya ştatında prezident seçkilərinin nəticələrini dəyişmək üçün ədliyyə naziri vəzifəsini icra edən şəxsi daha loyal biri ilə əvəz etmək istəyirmiş. Bu barədə New York Times öz mənbələrinə istinadən xəbər verir.
Qəzetin məlumatna əsasən, Ədliyyə nazirliyinin işçilərindən biri olan Ceffri Klark Trampla birlikdə Ceffri Rozenin ədliyyə naziri vəzifəsini icra edən postundan kənarlaşdırılması barədə plan hazırlayıb. Planın səbəbi Rozenin Corciya ştatındakı seçki nəticələrini dəyişmək üçün Trampın xahişlərinə rədd cavabı verməsi imiş.
Mənbənin bildirdiyinə görə, Ədliyyə nazirliyinin işçilərinin Rozenin kənarlaşdırılacağı təqdirdə kütləvi surətdə istefa vermək istəyi Trampı niyyətindən daşındırıb. Öz növbəsində Ceffri Klark belə bir planda iştirakını təkzib edib. Tramp isə şərh verməkdən imtina edib.
Ötən ilin noyabr ayında keçirilmiş seçkilərdən sonra Tramp qalib gəldiyini bildirərək, seçkilərinin nəticəsini məhkəmə yolu ilə dəyişmək istəyib. Lakin seçənlər Co Baydeni prezident elan ediblər. Co Baydenin andiçməsi yanvarın 20-də keçirilib.
BAKI, 23 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 24-də meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.