Şimali Koreya lideri Kim Çen In, arxiv şəkli

Şimali Koreya ABŞ vətəndaşlarını deportasiya edəcək

104
(Yenilənib 13:05 16.11.2018)
Şimali Koreya saxlanılan amerikalı vətəndaşları ölkəsindən çıxaracağı ilə bağlı qərar qəbul edib

BAKI, 16 noyabr — Sputnik. Şimali Koreya bu ilin oktyabr ayında saxlanılan amerikalıların deportasiya edilməsi haqda qərar qəbul edib. Sputnik Azərbayan ingilis mediasına istinadən xəbər verir ki, Şimali Koreya hökuməti qeyri-qanuni yolla ölkəsinə keçən amerikalıları deportasiya edəcək.

Bu haqda ilk məlumatı Şimali Koreyanın yeni informasiya agentliyi olan KCNA yayıb. Məlumatda Amerika vətəndaşlarının bu ölkəyə Çindən keçdiyi qeyd olunur.

Agentliyin informasiyasına görə, artıq bir aydır ki, saxlanılan bu vətəndaşlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olublar.

Yayılan xəbərdə əsir saxlanılanların da MKİ ilə əlbir olduqlarını etiraf etdikləri qeyd olunub.

 

104
Teqlər:
deportasiya, ABŞ, Şimali Koreya
Əlaqədar
Şimali Koreya danışıqlardan imtina etdi, böyük razılaşma pozulur
Şimali Koreya lideri Trampı Pxenyana dəvət etdi
Koreyada yaşayan azərbaycanlı politoloq: “Şimali Koreya Trampa inanmır”
ABŞ-Şimali Koreya münasibətlərində daha bir ilk