ABŞ-dan Səudiyyə Ərəbistanına gözlənilməz zərbə

© REUTERS / Jonathan ErnstABŞ Senatı
ABŞ Senatı - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Səudiyyə Ərəbistanına silah satışını qadağan edəcək

BAKI, 16 noyabr — Sputnik. ABŞ-da Səudiyyə Ərəbistanına silah satışının dayandırılmasını nəzərdə tutan bir neçə qanun layihəsi hazırlanır. Sputnik Azərbaycan  bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra ABŞ Səudiyyə Ərəbistanına təzyiqlərini daha da artırıb. Hazırlanan qanun layihələrinə əsasən, ABŞ bu ölkəyə silah-sürsat, bomba, raket, tank, müharibə təyyarələrini satmağı qadağan edəcək.

Xatırladaq ki, bir müddət bundan öncə ABŞ senatları Camal Qaşıqçı cinayəti ilə əlaqədar olaraq prezident Donald Trampa məktub yollamışdılar. Onlar məktubda cinayət hadisəsi ilə əlaqədar olaraq yeni qanun layihələrinin hazırlanmasının vacibliyini vurğulamışdılar. 

Nyu-Cersi şəhərinin senatoru Bob Menendez isə jurnalistin öldürülməsi ilə əlaqədar olaraq təzyiqlərin artırılaraq daha şəffaf araşdırılmaya ehtiyac olduğunu deyib.

Avropa Parlamentində səsvermə - Sputnik Azərbaycan
Avropa Parlamenti müsəlman ölkələrə silah satışını qadağan edəcək

Qeyd edək ki, Avropa Parlamenti tərəfindən də Səudiyyə Ərəbistanına silah embarqosunun tətbiq olunması ilə bağlı qanun layihəsi hazırlamışdı. Həmin qanun layihəsinin hazırlanması da səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlıdır.

Əlavə edək ki, Camal Qaşıqçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib və həmin vaxtdan itkin düşüb. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalistin konsulluqda öldüyünü təsdiqləyib, lakin buna səbəb kimi diplomatik missiyada yaranmış mübahisəni göstərib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə oktyabrın 23-də Qaşıqçı işi barədə açıqlamasında səudiyyəli jurnalistin planlaşdırılmış bir cinayətin qurbanı olduğunu bildirib.

Xəbər lenti
0