Vladimir Putin

Vladimir Putin: “Hər kəsə qərar qəbul etmək imkanı verilməlidir”

59
(Yenilənib 22:25 15.11.2018)
Müxtəlif sanksiyalarla əlaqədar olaraq biznesmenlərin üzərinə müəyyən məhdudiyyətlər qoyulub

BAKI, 15 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Sinqapurda təşkil olunan sammit zamanı rusiyalı biznesmenlərin Davos forumuna qatılmamasına münasibət bildirib.

Putin və Tramp
© REUTERS / Leonhard Foeger

Sputnik Azərbaycan-ın İngiltərə mediasına istinadən xəbərinə görə, Rusiya prezidenti hər bir şəxsin Davos forumuna qatılıb-qatılmamaqla bağlı müstəqil qərar qəbul etmək imkanının olmasının vacibliyini vurğulayıb. Putin bunu jurnalistlərin rusiyalı biznesmenlərin sanksiya səbəbindən tədbirə dəvət edilənlər siyahısından çıxarılması ilə bağlı suallarını cavablandırarkən deyib.

Rusiya dövlət başçısı bildirib ki, müxtəlif sanksiyalarla əlaqədar olaraq biznesmenlərin üzərinə müəyyən məhdudiyyətlər qoyulub. 

Qeyd edək ki, 2019-cu ilin yanvarında İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu keçiriləcək. Rusiyalı biznesmenlər - Deripaska, Vekselberq və Kostinin tədbirə dəvət olunmayıblar.

59
Teqlər:
Sanksiya, jurnalist, biznesmen, Davos Forumu, Vladimir Putin
Əlaqədar
Davos Forumu dünyaya nə vəd edir?
İqtisadçılar Prezidentin Davos mesajlarını təhlil edir
“Davos forumu Azərbaycana bir sıra dividendlər qazandıracaq”