Tehran

İranda qalmaqallı həbslərin anonsu verildi

172
(Yenilənib 19:34 15.11.2018)
İranda yeni pensiya qanunu qüvvəyə minib

BAKI, 15 noyabr — Sputnik. İranda 17 noyabradək vəzifələrindən istefa etməyən pensiyaçılar mühakimə olunacaqlar.

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, İranda yeni pensiya qanunu qüvvəyə minib. Həmin qanuna görə, bu ilin 17 noyabradək vəzifələrindən istefa etməyən pensiyaçılar haqqında hüquq çərçivəsində tədbirlər görüləcək.

Prokuror Fəyyaz Sucai təqaüdçülərin işləməsini qadağan edən qanuna baxmayaraq, vəzifəsindən ayrılmayan məmurların cəzalanacağını bildirib.

Təqaüdçülərin məşğulluğunu qadağan edən qanuna əsasən, 17 noyabra qədər 210 ictimai-siyasi xadimin vəzifəsindən istefa edəcəyi deyilir. Onlar arasında səfir, nazir müavini, bələdiyyə sədri və s. olduğu bildirilir.

Qeyd edək ki, dünən sözügedən qanun səbəbindən Tehran şəhərinin meri Məhəmməd Əli Əfşanın yerinə Pir Hanaçi seçilmişdi.

İstefa etmələri lazım olan rəhbərlər sırasında İran Futbol Federasiyasının prezidenti ilə Neft Nazirliyindəki 10 nazir müavinindən 8-i də var.

172
Teqlər:
istefa, cəza, qanun, pensiya, İran
Əlaqədar
Rusiya XİN İran məsələsində mövqeyini bildirdi
Vaşinqton İran məsələsində geri çəkildi: 8 ölkəyə güzəşt olunacaq
İran ABŞ-ın "buxovundan" qurtulmaq üçün radikal addım atmaq istəyir
İran ABŞ ilə müzakirəyə hazır olduğunu açıqladı
Trampın müşaviri Azərbaycan paytaxtında məramını açıqladı: İran və Qarabağ