İt, arxiv şəkli

İt 80 gündür eyni yerdə ölmüş sahibini gözləyir VİDEO

96
(Yenilənib 20:33 14.11.2018)
İnsanların çoxu etiraf edərək yazıb ki, itin bu vəziyyətini görüb ağlayıblar

BAKI, 14 noyabr — Sputnik. Çində itin sahibinə sədaqəti bütün dünyanı heyrətə salıb. İt 80 gündən çoxdur ki, yol kənarında dayanır.

Sputnik Azərbaycan-ın xarici mətbuata istinadla məlumatına görə, jurnalistlərə açıqlama verən taksi sürücüsü deyib ki, it istidə də, yağışda da gəlib orada dayanır: "Artıq 3 aydır ki, kimisə gözləyir. Düşünürəm ki, avqustun 21-də burada qəzada ölən qadının itidir. Bu mənzərə çox təsirlidir".

İti dəfələrlə həmin ərazidən çıxarmaq istəyiblər. Bəziləri isə ona yemək vermək istəyib. Amma o, qorxur və qaçır. Bir müddət sonra isə geri qayıdıb yenə həmin ərazidə oturur.

Bu hadisə sosial şəbəkələrdə geniş yayılıb. İnsanların çoxu etiraf edərək yazıb ki, itin bu vəziyyətini görüb ağlayıblar. Bəziləri isə iti maşın vura bilmə ehtimalına görüb narahat olduğunu deyib.

96
Teqlər:
Sədaqət, vəfat, sahib, Çin, it
Əlaqədar
İt öz sahibini güllələdi
Göydən it düşdü... – VİDEO
Azərbaycanda 240 mindən çox it quduzluğa qarşı peyvənd olunub
Yola çıxan it 40 nəfərin faciəsinə səbəb oldu
Bakıda evində 300 it saxlayan şəxs məhkəməyə verildi
Sputnik Beynəlxalq İnformasiya Agentliyinin loqosu, arxiv şəkli

"Bu, "Sputnik Latviya"ya qarşı ilk qərəz deyil" - Azərbaycanlı media eksperti

4
(Yenilənib 22:03 04.12.2020)
"Azadlıq radiosunun yayımının bloklanması pislənir, amma "Russia Today"-in yayımına məhdudiyyətə heç bir reaksiya verilmir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Latviya Dövlət Təhlükəsizlik xidməti dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına, eləcə də "Baltnews" portalının jurnalistlərinə və digər rusdilli media nümayəndələrinə Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə – Avropa Şurasının sanksiya rejimini pozma – ittiham irəli sürüb. Jurnalistlər saxlanılıb, dindirilib, axtarışa məruz qalıb və onlar haqqında cinayət işi qaldırılıb. Sputnik Azərbaycan ölkənin tanınmış media ekspertlərinin bu məsələyə münasibət bildirib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu hadisələr  jurnalistika prinsipi baxımından həqiqətən də yolverilməzdir: "Bu "Sputnik Latviya"ya qarşı olan ilk hadisə deyil. Çox uzun müddət dünyada belə kampaniyalar aparılırdı ki, Azadlıq radiosunun və digər beynəlxalq KİV-lərin fəaliyyəti bloklanır. Amma məsələ ondadır ki, Avropa ölkələrində, hətta ABŞ-ın özündə bu prinsiplər çox pozulur. Bunlardan qabaq, "Russia Today"-in yayımı bloklanmadı. Pribaltika ölkələrində onların yayımına məhdudiyyət qoyulub. Hələ o vaxt bu məsələ qalxanda bildirilirdi ki, Azadlıq radiosunun yayımının bloklanması pislənir, amma "Russia Today" yayımına məhdudiyyətə heç bir reaksiya verilmir. Çox təəssüf ki, söz azadlığı prinsipləri çox vaxt elə onu yaradan ölkələr tərəfindən pozulur. Müasir mediada baş verən ifadə azadlığı pozuntularının çoxu elə qərb dövlətlərinin özündən gəlir. O cümlədən, Avropa və ATƏT məkanından. Əvvəllər biz danışırdıq ki, bu ikili standartlar əsasən Azərbaycana qarşıdır. Amma son dövrlər görürük ki, bunların özlərinin ifadə azadlığına qarşı münasibətlərində çox ciddi dəyişikliklər var. Məsələn, elə bir neçə gün öncə Fransada baş verən toqquşmalarda media azadlığını götürək. Qlobal təhlükəsizlik haqqında qəbul olunan qanunun bir nömrəli hədəfi medianın azadlığının məhdudlaşdırılmasıdır. Beynəlxalq təşkilatlar tərəfindən belə bir ifadə işlədildi ki, artıq ATƏT-in, Avropa Şurasının ən aparıcı dövlətlərindən olan Fransa kimi ölkə söz azadlığının durumuna görə Somali və Sudanın vəziyyətinə düşüb. Söz və ifadə azadlığına ikili yanaşma var. Bu cür yanaşmalar Qərb dəyərləri haqqında danışanların özünü şübhə altına salır. Media azadlığının qanunvericilik nöqteyi nəzərindən məhdudlaşdırılması, ikili yanaşma jurnalistlərin təhdid olunması ilə bağlı ciddi faktlar ortaya çıxır. "Sputnik Latviya"ya qarşı baş verən hadisələr də kəskin şəkildə qınanılmalı, media, ifadə azadlığına qarşı addım kimi dəyərləndirilməlidir. Mən xarici KİV-lərin, onların əməkdaşlarının fəaliyyətinə baltikyanı dövlətlərdə yaradılmış bu maneəni və təhdidi kəskin qınayıram".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Latviya hakimiyyət orqanlarının "Baltnews" portalı və "Sputnik Latviya"nın rusdilli jurnalistlərinə qarşı hərəkətlərini sərt şəkildə qınayıb. Bildirilib ki, "Latviya Dövlət Təhlükəsizlik Xidmətinin dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin – media və ifadə azadlıqlarının pozulmasının bariz nümunəsi kimi qiymətləndiririlir: "Bu məhdudiyyətlər şəxsi xarakter daşıyır və şəxsən "Rossia Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyovla əlaqəlidir, media holdinqin bütün əməkdaşlarına şamil edilə bilməz. Bütün bu uydurma ittihamların, heç şübhəsiz, rusofobiyanın təsiri ilə həyata keçirilən cəzalandırma tədbiri olduğu aydındır. Məsələ ATƏT Nazirlər Şurasında qaldırılacaq", – deyə məlumatda bildirilir. Nazirlik ümid etdiyini bildirir ki, ATƏT-in yeni Media Azadlığı Nümayəndəsi baş verənləri görməzdən gəlməyəcək və Latviyaya qarşı "bu cür hücumların qəbuledilməzliyi", "söz azadlığını təmin edilməsi üçün beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin zəruriliyi" əsasında təzyiq göstərəcək. "Avropa Şurasından da adekvat reaksiya gözləyirik", – deyə məlumatda bildirilir.

Xatırladaq ki, keçən il Estoniyada da analoji hadisə müşahidə olunmuşdu.

4
Teqlər:
Həbs, jurnalistlər, Sputnik Latviya
Rossia seqodnya BİA-nın baş direktoru Dmitri Kiselyov, arxiv şəkli

Kiselyovdan Sputnik Latviya ilə əməkdaşlıq edən jurnalistlərin saxlanılmasına münasibət

17
"Onlar müstəqil jurnalistlər, ştatdankənar müxbirlərdir. Sputnik xəbər agentliyində ştatda deyillər, sadəcə özünüifadə hüquqlarından istifadə edərək sayta mətnlər yazır və ya fotoşəkil göndərirlər. Burada pis nə var ki? Bu insanları nəyə görə təqib eləyirsiz?".

BAKI, 4 dekabr — Sputnik. "Rossia seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov Latviya hakimiyyət orqanlarının Sputnik Latviya və Baltnews-la əməkdaşlıq edən jurnalistlərə qarşı hərəkətini "AB sanksiyalarının yersiz yozumu" kimi qiymətləndirib.

Qeyd edək ki, bir qədər bundan əvvəl Latviya hüquq-mühafizə orqanları Baltnews xəbər portalının keçmiş baş redaktoru Andrey Yakovlev də daxil olmaqla, altı nəfəri saxlayıb. Onlara qarşı Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə – Avropa Şurasının sanksiya rejimini pozma – ittiham irəli sürülüb. Dindirilmə prosesindən sonra jurnalistlər heç yerə getməmələri ilə bağlı yazılı iltizam verərək buraxılıblar.

Rusiya Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bu gün yaydığı məlumatda bildirilirdi: "Latviya Dövlət Təhlükəsizlik Xidmətinin dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin – media və ifadə azadlıqlarının pozulmasının bariz nümunəsi kimi qiymətləndiririk".

Nazirliyin məlumatında o da qeyd olunurdu ki, Sputnik Latviya kollektivinin AŞ sanksiya rejimini pozmaqda ittiham olunması qətiyyən yolverilməzdir: "Bu məhdudiyyətlər şəxsi xarakter daşıyır və şəxsən "Rossia Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyovla əlaqəlidir, media holdinqin bütün əməkdaşlarına şamil edilə bilməz".

Kiselyov da jurnalistlərin bu maddə ilə saxlanılmasının doğru olmadığını vurğulayıb: "AŞ sanksiyaları şəxsən mənə aiddir. Sputnik xəbər agentliyinin daxil olduğu "Rossia Seqodnya" media qruğuna tətbiq oluna bilməz. Məsələ bu qədər bəsitdir. Latviya, necə deyərlər Roma papasından daha çox xristian olmağa can ataraq, fərdi sanksiyaları təşkilata qarşı tətbiq edir. Burada məkrli niyyət var", – deyə baş direktor bilidirib.

"Onlar müstəqil jurnalistlər, ştatdankənar müxbirlərdir. Sputnik xəbər agentliyində ştatda deyillər, sadəcə özünüifadə hüquqlarından istifadə edərək sayta mətnlər yazır və ya fotoşəkil göndərirlər. Burada pis nə var ki? Bu insanları nəyə görə təqib eləyirsiz? Rusiyada belə hərəkətlər vəhşilik kimi qiymətləndirilir. Burada belə şey yoxdur. Kim nə istəyir, necə istəyir, yazır. Buna görə insanları təqib etmək heç kimin ağlına da gəlmir. Əl çəkin onlardan! Utanın! Bütün bunlar çox axmaq təsir bağışlayır" , – deyə Kiselyov bildirib.

Qeyd edək ki, keçən il Estoniyada da analoji hadisə müşahidə olunmuşdu.

17
Teqlər:
jurnalist, saxlanılma, Dmitri Kiselyov, Sputnik Latviya