Aviqdor Liberman

Azərbaycanın böyük dostu vəzifəsindən istefa verib

919
(Yenilənib 15:28 14.11.2018)
O, bu addımı İsrail hökumətinin fələstinlilərə qarşı siyasətinə etiraz olaraq atdığını deyib

BAKI, 14 noyabr — Sputnik. Azərbaycanın böyük kimi tanınan, İsrailin müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa verib. "Report" "Jerusalem Post"a istinadən xəbər verir ki, o, bu addımı İsrail hökumətinin fələstinlilərə qarşı siyasətinə etiraz olaraq atdığını deyib.

"Buraya həqiqətən müdafiə naziri vəzifəsindən istefa verdiyimi elan etmək üçün gəlmişəm" - deyə A.Liberman Knessetdə (İsrail parlamentində) keçirilən görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Qəzza sektorunda atəşkəs elan edilməsi və bununla paralel vəziyyəti nizamlamaya cəhd göstərilməsi terror qarşısında təslim olmaqdır.

919
Teqlər:
Aviqdor Liberman, Qəzza, Fələstin, İsrail
Əlaqədar
Libermanın səfərində sirr pərdəsi: İsrailli nazir Gürcüstan və Azərbaycanda nədən danışıb?
Aviqdor Liberman: Azərbaycan demokratiyanın bariz nümunəsidir