BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası təcili toplanıb: Artıq üfüqdə sülh görünmür

10836
(Yenilənib 12:13 14.11.2018)
"İsrailin təhlükəsizliyi müzakirə mövzusu olsa belə, yenə bərabər olmayan gücdən istifadə edilə bilməz"

BAKI, 14 noyabr — Sputnik. BMT Təhlükəsizlik Şurası İsrailin Qəzzaya yönəlik hücumlarının ardından bölgədə zorakılıq və gərginliyin artması ilə əlaqədar təcili toplanıb. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xbər verir ki, Küveyt və Boliviyanın tələbi ilə hazırda Şuranın qapalı toplantısı keçirilir.

Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre toplantıdan öncə jurnalistlərə verdiyi açıqlamada, Qəzzadakı vəziyyətin narahatedici olduğunu və 2014-ci ildən bəri belə bir şiddətli hadisənin görülmədiyini vurğulayıb.

O, həmçinin bildirib ki, Fransa "Həmas"ın İsrail vətəndaşlarını hədəf alan raket hücumlarını da qınayır: "Amma fələstinlilərə qarşı nisbətsiz güc tətbiqi dayanmalıdır. İsrailin təhlükəsizliyi müzakirə mövzusu olsa belə, yenə bərabər olmayan gücdən istifadə edilə bilməz. Tərəflər gərginliyin artmasından qaçmalıdır".

Diplomatik mənbələr toplantıda Qəzzadakı böhranın necə həll ediləcəyinə dair bir razılığın hələlik əldə edilə bilmədiyini bildiriblər.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur ABŞ-ı tənqid edib: "BMT Təhlükəsizlik Şurasının qapısını, beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək məsuliyyətini yerinə yetirənədək döyməyə davam edəcəyik".

Küveytin BMT-dəki daimi nümayəndəsi Mansour əl-Otaibi İsrailin hücumlarını pisləyərək, Qəzzada getdikcə ağırlaşana humanitar vəziyyətə diqqət çəkib. "Üfiqdə sülh görünmür" - deyə Küveyt təmsilçisi bəyan edib.

Boliviyanın BMT-dəki daimi nümayəndəsi Sacha Sergio Llorentty Soluq ida ABŞ-ı hədəf alıb: "Artıq iki ildir ki, ABŞ-ın sözdə Yaxın Şərqdə sülh planının həyata keçəcəyini gözləyirik. Amma nəticə yoxdur. Həqiqi bir vasitəçiyə ehtiyac var".

Qeyd edək ki, İsrail qırıcıları daha əvvəlki hücumlarında, aralarında "Əl-Əksa" televiziyasının da olduğu 6 binanı darmadağın edib. Baş verənlər nəticəsində hər iki tərəfdən həlak olanlar və yaralananlar var.

Yaşanan gərginliklə bağlı İsrail tərəfdən də açıqlama verilib. Bildirilib ki, Qəzzadan atılan raketlər 30 israillinin xəsarət almasına səbəb olub. Bundan başqa, bildirilib ki, Aşkelon bölgəsində bir binaya tuş gələn raket zərbəsi nəticəsində 1 İsrail vətəndaşı həyatını itirib, digəri ağır yaralanıb.

10836
Teqlər:
ABŞ, Qəzza, Fələstin, İsrail, iclas
Əlaqədar
Rusiya və İrandan Xəzərdə gözlənilməz gediş - İsrail gizli planı sızdırdı
Azərbaycan və İsrail Baş Qərargah rəisləri bir arada
İsrail bütün gecə Qəzzanı vurub
İsrail Qəzza zolağını vurdu, fələstinlilərin blokadası başladı
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

15
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

15
Teqlər:
Pentaqon, ABŞ
Yerevanda etirazlar

Ermənistan dünyanın vecinə deyil - Serj Sarqsyanın səfir kürəkənindən şok sözlər

25
(Yenilənib 18:41 22.01.2021)
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır” - erməni politoloq.

BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.

Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:

“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.

25

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0