Mazda

Məşhur şirkət yarım milyondan çox avtomobilini geri çağırır

181
(Yenilənib 22:33 12.11.2018)
Bu avtomobillərin 230 mini Yaponiya bazarından, geri qalan 410 mini isə dünya bazarından geri çağırılacaq

BAKI, 12 noyabr — Sputnik. "Mazda" 640 min avtomobilini geri çağıracaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə şirkətin ofisindən yayılan məlumatda bildirilir. Bu proses əsasən şirkətin dizel mühərrikli avtomobillərinə aid ediləcək. Qeyd edilir ki, avtomobillərin mühərrikində qüsur aşkar edilib.

Açıqlamaya görə, bu avtomobillərin 230 mini Yaponiya bazarından, geri qalan 410 mini isə dünya bazarından geri çağırılacaq.

Xatırladaq ki, bu il digər bir Yaponiya avtomobil şirkəti olan "Subaru" da 400 min avtomobilini geri çağırmışdı.

181
Teqlər:
"Mazda", avtomobil, nasazlıq, geri çağırmaq, Yaponiya
Əlaqədar
Avtomobil qəzalarında 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Təyyarə qəzaya uğradı, avtomobil yoluna düşdü
Dənizkənarı Bulvar İdarəsi özünə istədiyi qədər avtomobil ala bilər - RƏSMİ
Avtomobil qaçıranlar tutuldu
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Türkiyə XİN-dən 20 Yanvarla bağlı paylaşım

7
(Yenilənib 15:39 20.01.2021)
"20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı üçün şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq".

BAKI, 20 yanvar — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar "Twitter"-də paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda bildirilir: "20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı üçün şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq".

Qeyd edək ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz hesabında 20 Yanvarla bağlı paylaşım etmişdi: "20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram. Şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır. Üç rəngli bayrağınla məsud yaşa Can Azərbaycan!".

7
Koronavirus xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 165 mini keçdi

13
(Yenilənib 12:50 20.01.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 20 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 165221-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 309 nəfər artıb.

Ermənistanda son gündə daha 9 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3016-ya çatıb. Xəstəlikdən sağalanların sayı 153857 nəfər olub. Hazırda bu ölkədə 7607 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

13
Teqlər:
Ermənistan, Koronavirus, epidemiya, COVID-19
Bakıda qarlı hava, arxiv şəkli

Sabah yollar buz bağlayacaq

0
(Yenilənib 15:49 20.01.2021)
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 3-7 dərəcə şaxta olacaq.

BAKI, 20 yanvar — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, gündüz 1-3, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Yanvarın 21-də Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 3-7 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

0