Məhəmməd bin Salman

İranlı generallara qarşı sui-qəsd planı ortaya çıxdı

101
(Yenilənib 14:35 12.11.2018)
Camal Qaşıqçı cinayətinin əsas təqsirkarlarından olan kəşfiyyatçı barədə yeni faktlar açıqlanıb

BAKI, 12 noyabr — Sputnik. Jurnalist Camal Qaşıqçının qətlindən sonra vəzifəsindən uzaqlaşdırılan Səudiyyə Ərəbistanının kəşfiyyat rəsmisi Əhməd əl-Asiri ilə bağlı daha bir ilginc xəbər yayılıb. Belə ki, onun qatıldığı bir toplantıda iranlılara qarşı da sui-qəsdlər planlaşdırılmasından danışıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb. Məlumata görə, Məhəmməd bin Salmana yaxın bəzi şəxslərin İran vətəndaşlarına qarşı sui-qəsd planları olub.

2017-ci ilin mart ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir toplantı keçirilib. Toplantıda aralarında Asirinin də olduğu yüksək səviyyəli Səudiyyə rəsmiləri, İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı Qasım Süleymaninin və Səudiyyə Ərəbistanının düşməni hesab edilən başqa bir iranlı səlahiyyətli şəxsin öldürülməsi planlarını müzakirə ediblər.

Qaşıqçı araşdırmasını yaxından izləyən bir Səudiyyə yetkilisi diqqətə çatdırıb ki, Asirinin sui-qəsd planları Səudiyyə Ərəbistanının rəsmi siyasətini əks etdirməyib. Bundan başqa, xəbərdə Asirinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana xüsusilə yaxın olduğunu vurğulanıb.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib və həmin vaxtdan itkin düşüb. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalistin konsulluqda öldüyünü təsdiqləyib, lakin buna səbəb kimi diplomatik missiyada yaranmış mübahisəni göstərib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə oktyabrın 23-də Qaşıqçı işi barədə açıqlamasında səudiyyəli jurnalistin planlaşdırılmış bir cinayətin qurbanı olduğunu bildirib.

Camal Qaşıqçı öldürüldükdən sonra meyiti hissələrə parçalanıb. Jurnalistin parçalanmış meyiti hələ də tapılmayıb.

101
Teqlər:
jurnalist, sui-qəsd, Camal Qaşıqçı, Səudiyyə Ərəbistanı, İran
Əlaqədar
Səudiyyə Ərəbistanında daha bir jurnalisti işgəncə ilə öldürdülər
Səudiyyə Ərəbistanına daha bir zərbə
Səudiyyə Ərəbistanının koalisiyası dağılır – Malayziya əsgərlərini geri çağırdı