Avropa İttifaqının bayrağı

Fransadan çağırış: Avropa imperiyası yaradaq

142
(Yenilənib 13:20 12.11.2018)
Fransanın maliyyə naziri Bruno le Mer Avropanı ABŞ və Çinə bənzəyən "imperiya"ya çevirmək barədə çağırış edib

BAKI, 12 noyabr — Sputnik. Fransanın maliyyə naziri Bruno le Mer Avropanı ABŞ və Çinə bənzəyən "imperiya"ya çevirmək barədə çağırış edib. Sputnik Azərbaycan xəbər verir ki, Bruno le Mer bu çağırışı "Handelsblatt" qəzetinə müsahibəsində səsləndirib.

Onun fikrincə, bu imperiya hüquqi dövlət prinsiplərini rəhbər tutan sülhsevər dövlət olmalıdır.

"Avropa artıq öz gücündən istifadə etməyə qorxmamalıdır"— nazir deyib.

O, həmçinin Avropa İttifaqını ABŞ-ın İrana qarşı "qanunsuz" sanksiyalarından qorumaq və "Donald Tramp hakimiyyətinin yolunu kəsmək" zərurətini vurğulayıb.

"Söhbət ondan gedir ki, ABŞ-a konkret demək lazımdır: biz suveren qitəyik və kiminlə ticarət edəcəyimizə özümüz qərar verəcəyik" - le Mer deyib. 

Daha əvvəl Fransa prezidenti Emmanuel Makron ABŞ-dan asılı olmayan müstəqil "ümumavropa ordusu", eyni zamanda kibertəhlükəsizlik sistemi yaratmağı təklif etmişdi. O qeyd etmişdi ki, Avropa onun daxilində gedən demokratik proseslərə və kiberməkanına çoxsaylı müdaxilələrlə qarşılaşır. Tramp isə fransalı həmkarının bu təşəbbüsünü "çox təhqiramiz" adlandırmışdı.

Avropalı siyasətçilər vaxtaşırı Avropa İttifaqının vahid ordusunu yaratmaq təklifləri ilə çıxış edirlər. Büdcə məsələləri üzrə Avropa komissarı Günter Ettinger bəyan edib ki, o, "Avropada və xarici missiyalarda demokratiya, insan hüquqları və azadlıqlarının dəstəklənməsində birgə məsuliyyət daşıyan" ordunun qurulmasını arzulayır. 

İran, Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya 2015-ci ildə İranın nüvə proqramının tənzimlənməsi haqqında sənədi imzalamışdılar. Bundan sonra BMT Təhlükəsizlik Şurasının, ABŞ və Avropa ölkələrinin İrana qarşı sanksiyaları aradan qaldırılmışdı.

Tramp bu sazişi dəfələrlə tənqid edib və 2018-ci ilin mayında ABŞ-ın bu sazişdən çıxdığını bildirib. Elə həmin vaxt da o, rəsmi Tehrana qarşı bütün məhdudiyyətlərin bərpa olunduğunu bəyan edib. Vaşinqtonun avropalı tərəfdaşları qeyd edirlər ki, sazişin şərtlərinə riayəti və İranla əməkdaşlığı davam etdirmək niyyətindədirlər. Sanksiyaların bir hissəsi avqustun 7-dən tətbiq olunmağa başlayıb.

ABŞ-ın İranın neft ixracını əhatə edən əlavə məhdudiyyətləri noyabrın 5-də qüvvəyə minib. Tehranla biznes əlaqələrini davam etdirənləri isə ikinci dərəcəli sanksiyalarla üzləşmək təhlükəsi gözləyir. Yalnız 7 ölkə müvəqqəti istisna təşkil edir: Çin (həmçinin Tayvan), Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya və Türkiyə.

142
Teqlər:
maliyyə naziri, Fransa, Avropa İttifaqı
Əlaqədar
Avropa İttifaqı Ukraynanın xahişini nəzərə alıb
Avropa İttifaqı ABŞ-a qarşı “müharibə” tədbirlərini təsdiqləyib
Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır
Rusiyaya qarşı gözlənilən həmlə: Avropa İttifaqı sərt qərar qəbul etdi
Avropa İttifaqı da Trampa qarşı çıxdı
Bakıda Avropa İttifaqı mədəni irs festivalı keçiriləcək
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağı qapalı şəkildə müzakirə edib - Nəticə...

212
Rusiyalı diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur.

BAKI, 20 oktyabr - Sputnik. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. Rusiya mətbuatı xəbər verir ki, vu barədə jurnalistlərə Dağlıq Qarabağa dair qapalı iclasın yekunlarından danışan Təhlükəsizlik Şurasında bu ay sədrlik edən RF-nın BMT yanında daimi nümayəndəsi Vladimir Nebenzya məlumat verib.

"İndi atəşkəsə əməl olunmasını təmin etmək vacibdir, bu ən vacib məsələdir, çünki müvafiq razılaşma əldə olunub, lakin ona əməl olunmayıb. Əsas ona əməl olunmasını necə təmin etməkdir" - o bildirib.

"Bu məsələ əlbəttə ki, müzakirə  olunub və Şura yanaşmada kifayət qədər yekdillik nümayış etdirib", - Nebenzya sözünə davam edib. Eyni zamanda o deyib ki, bölgəyə BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatına ehtiyac var.

"Bu tez həyata keçən proses deyil" - diplomat vurğulayıb. "Belə bir məlumatlar var idi ki, Rusiya Müdafiə naziri Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu nəzarətin necə həyata keçirilə bulməsini müzakirə edib" - Nebenzya əlavə edib.

Diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur. "Orada kim olacaq və hansı statusda hələ müzakirə mərhələsində olan sualdır", - o deyib.

212
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb

9
Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq onlardan hansını nəzərdə tutduğunu dəqiqləşdirməyib.

BAKI, 20 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu prezidentliyə namizəd Cozef Baydenin fəaliyyətini araşdırmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinə yaxın jurnalistlər bildirib.

“FTB onu araşdırmalıdır. FTB direktoru Kristofer Reyə zəng edib, ondan soruşmalısınız. İlk baxışdan bu qədər çox günahkar olmaq mümkün deyil”, - deyə Amerika lideri deyib.

Qeyd edilir ki, Tramp Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Cozef Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq prezidentin onlardan hansını nəzərdə tutduğu dəqiqləşdirilməyib.

9
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

0
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0