Camal Qaşıqçı

Öldürülən jurnalistin son sözləri: "Boğuluram, kisəni başımdan çıxarın"

274
(Yenilənib 21:35 11.11.2018)
Daily Sabah: Yaxın vaxtlarda səsyazısını yayımlayacağıq

BAKI, 11 noyabr — Sputnik. "Al-Jazeera" telekanalı Səudiyyə Ərəbistanının Türkiyədəki Baş Konsulluğunda qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının son sözlərini yayımlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə telekanala Türkiyənin "Daily Sabah" qəzetinin əməkdaşı Nazif Karaman danışıb.

Onun sözlərinə görə, Camal Qaşıqçının sözləri səs yazısında eişidilir və bu, onun öldürüldüyünün dəlilidir.

"Boğuluram… Bu kisəni başımdan çıxarın, məndə klaustrofobiya var" — jurnalistin son sözləri belə olub.

Nazif Karamanın sözlərinə görə, səsyazısından eşidilir ki, səudiyyəli jurnalisti təxminən 7 dəqiqəyə öldürüblər. O əlavə edib ki, "Daily Sabah" qəzeti yaxın vaxtlarda Camal Qaşıqçının həyatının son dəqiqələrini özündə əks etdirən səs yazısının bəzi hissələrini yayımlayacaq.

Camal Qaşıqçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlib və həmin vaxtdan itkin düşüb. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda öldüyünü təsdiqləyib, lakin buna səbəb kimi diplomatik missiyada yaranmış mübahisəni göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə oktyabrın 23-də Qaşıqçı işi barədə açıqlamasında səudiyyəli jurnalistin planlaşdırılmış bir cinayətin qurbanı olduğunu bildirib.

Camal Qaşıqçı öldürüldükdən sonra meyiti hissələrə parçalanıb. Jurnalistin parçalanmış meyiti hələ də tapılmayıb.

274
Teqlər:
səs yazısı, qətl hadisəsi, "Əl-Cəzirə" telekanalı, Camal Qaşıqçı, Səudiyyə Ərəbistanı
Əlaqədar
İstanbul Baş Prokurorluğu: "Camal Qaşıqçı boğularaq öldürülüb"
Qaşıqçı olayının ilk nəticəsi: Şahzadə iqtisadi forumun açılışında iştirak etməyib
Putin Ərəbistana gedəcək - Qaşıqçı işinin bitməsini gözləyir
Rəsmı etiraf edildi: Camal Qaşıqçı konsulluqda öldürülüb
Camal Qaşıqçı olayından yeni xəbər — Konsul qaçdı