Putin və Tramp

Putin Tramp Fransada görüşdülər

74
(Yenilənib 20:05 11.11.2018)
Bundan əvvəl Putin və Trampın təntənəli nahar zamanı danışa bilmədikləri bildirilirdi

BAKI, 11 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Parisə səfəri zamanı ABŞ prezidenti Donald Trampla görüşüb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, jurnalistlər təntənəli nahardan sonra Yelisey sarayını tərk edən Putindən Trampla danışıb-danışmadığını soruşublar. Putin suala müsbət cavab verib.

Qeyd edək ki, bundan əvvəl Putin və Trampın təntənəli nahar zamanı danışa bilmədikləri bildirilirdi. Mənbə qeyd etmişdi ki, prezidentlər nahar masası ətrafında bir-birilərindən xeyli aralı oturulduqları səbəbindən, danışmaq imkanları da olmayıb.

74
Teqlər:
Görüş, ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin, Paris, Fransa
Əlaqədar
Putin və Trampın yeni görüş yeri təsdiqləndi
Putin - Tramp görüşü sürpriz səbəbdən pozuldu
Putin Trampla görüşə gedə bilər
Putin Trampı geridə qoydu, Merkel isə favoritdir