Президент США Дональд Трамп (слева) и президент Турции Реджеп Тайип Эрдоган

Ərdoğan Tramp görüşüblər

87
İki ölkə lideri Fransa prezidenti Emmanuel Makron adından Parisdə verilən rəsmi ziyafətdə yanaşı oturublar

BAKI, 11 noyabr — Sputnik. Fransada səfərdə olan ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, dövlət başçıları Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar Parisdə keçirilən tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər ediblər.

İki ölkə lideri Fransa prezidenti Emmanuel Makron adından Parisdə verilən rəsmi ziyafətdə yanaşı oturublar. Məlumata əsasən, ziyafət zamanı prezidentlər arasında qısa söhbət olub.

Dövlət başçılarının hansı mövzu ətrafında söhbət etmələri açıqlanmır.

87
Teqlər:
ABŞ prezidenti Donald Tramp, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa, görüş
Əlaqədar
Ərdoğan Tramp və Merkellə gizli danışıqlarının detallarını açıqladı
“Axşam yatıb, səhər durub...” — Ərdoğandan Trampa sərt sözlər
Trampın Ərdoğana qarşı müharibəsinin əsl səbəbi bilindi, daha sərt addım gözlənilir
Tramp Ərdoğana zəng edib
Ərdoğan Tramp və Putinlə nələr danışdığını açıqladı
Avtomobil tıxacı, arxiv şəkli

Bakı tıxaclarına necə dərman olardı yeniliyi məmurlara təqdim elədilər - VİDEO

17
Mütəxəssislərin fikrincə, sosial məsafənin qorunması tələb olunan bir zamanda uçan taksinin adi taksilərdən üstünlüyü şübhəsizdir

BAKI, 3 avqust — Sputnik. Airbus ötən həftə ilk dəfə CityAirbus (uçan taksi) kimi tanınan eVTOL təyyarəsini Bavariyada dövlət işçiləri və jurnalistlərə təqdim edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Travel and Leisure yazıb.

“Uçan taksi” dörd sərnişini  100 km məsafəyə 120 km/saat sürətlə daşıya bilir. eVTOL məsafədən idarə olunur və elektrik enerjisi ilə işləyir.

​Onun yaradıcıları ümid edirlər ki, gələcəkdə böyük şəhərlərdə tıxaclardan qurtulmaqda bu taksilərin rolu böyük olacaq. Hər nəqliyyat vasitəsinin dörd propelleri var. Uçan taksiyə sürücü gərək deyil. Mütəxəssislərin fikrincə, sosial məsafənin qorunması tələb olunan bir zamanda uçan taksinin adi taksilərdən üstünlüyü şübhəsizdir. Əlavə olaraq, uçan taksi, demək olar ki, səssizdir.

Uçan taksini ilk dəfə elə Almaniyada, ötən ilin dekabrında test ediblər. Onun nə vaxt kütəvi istifadəyə veriləcəyi isə hələ bilinmir.

 

17
 Ciyərin rentgeni, arxiv şəkli

Şar üfürmək olmaz pulmonoloq ciyərlərin bərpasından danışır

89
(Yenilənib 23:01 03.08.2020)
Иronxların “dezinfeksiyası” üçün yağlı inhalyasiyalar etməyə gərək yoxdur. Efir yağı respirator boruya düşdükdə alveolit başlaya bilər

BAKI, 3 avqust — Sputnik. Koronavirusdan sonra ciyərləri bərpa etməyin bir neçə yolu var, amma internetdə dərc olunmuş bəzi məsləhətlər təhlükəli ola bilər.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, bunu Sankt-Peterburqun 2 saylı çoxprofilli xəstəxanasının pulmonoloqu İrina Kroşkina deyib.

Onun sözlərinə görə, xəstəlikdən sağalandan sonra şar üfürmək olmaz, çünki bu, ağciyərləri gücə salır. Ağciyər toxuması zəifləmiş olduğundan pnevmotoraks (havanın plevra boşluğunda yığılması, ağciyərin tam və ya qismən kollapsına səbəb olur) əmələ gələ bilər. Həmçinin bronxların “dezinfeksiyası” üçün yağlı inhalyasiyalar etməyə də gərək yoxdur. Efir yağı respirator boruya düşdükdə alveolit başlaya bilər (ağciyər alveollarının iltihablaşması ilə fibroz əmələ gəlməsinə meyllilik).

“Tibbi ədəbiyyatda “yağlı pnevmoniyalar” təsvir olunub, bunlar, yeri gəlmişkən, çox ağır keçirilir. Nəfəs yollarına havadan başqa heç nə keçməməlidir”, - pulmonoloq qeyd edib.

O, ağciyərlərin bərpasında müsbət nəticə verə biləcək metodları açıqlayıb. Həkimin sözlərinə görə, rahat templə piyada gəzmək çox xeyirdir. Bu zaman çubuqdan (əsadan) da istifadə etmək olar. Tədricən isə həm yerişin intensivliyini artırmaq, həm də marşrutu uzatmaq gərəkdir. Həmçinin saman çöpü ilə suyun üzərinə üfürmək olar: “Ləng surətdə hava alın, dördəcən sayıb nəfəsinizi saman çöpüylə verin – nəfəs verməyiniz almağınızdan 1,5 dəfə uzun olmalıdır, yəni nəfəs verərkən 6-dək saymaq lazımdır”. 

 

89
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirus öləcək: maskanı benzinə batırın...
COVID-19-dan sağalanlara iki vitamin məsləhət gördülər
Koronavirusu spreylə dayandıracaqlar
Əvvəl risk qrupundakılar, sonra isə hamı - kütləvi peyvəndin başlama tarixi uzaqda deyil
Ağciyəri təmizləməyin ən yaxşı 7 üsulu

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

0
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

0