Kaliforniyada yanğın

Dəhşətli yanğın hər saat can alır

88
(Yenilənib 22:45 10.11.2018)
Yanğınla mübarizə tam gücü ilə davam etsə də, heç bir nəticə əldə edilməyib

BAKI, 10 noyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatında həftə sonu başlayan meşə yanğınları get-gedə daha böyük ərazini əhatə edir. Sputnik Azərbaycan xarici mətbuat istinadla xəbər verir ki, ştatın şimalında yanğın zamanı 9 nəfər dünyasını dəyişib. Ölkənin cənubunda yerləşən Malibu kurort cənnətindən isə minlərlə insan köçürülüb.

Yanğın zamanı 6700 tikili yanaraq məhv olub. ABŞ mətbuatının məlumatına görə, 35 nəfər itkin düşüb.

Kaliforniyanın cənubunda Malibu şəhərindən 250 min insanın köçürülməsi əmri verilib. "Hill" və "Woolsey" adı verilən yanğınlarda 2 gündə 150-dən çox ev yanıb.

Malibuda evi olan bir çox ulduzlar yanğınla bağlı sosial şəbəkələrdə son vəziyyət haqqında paylaşım edir. Artıq Kim Kardaşyan və Lady Qaqa kimi məşhurların Malibudakı evini tərk etdikləri bildirilir. Teleulduz Keytlin Cennerin evi isə yanaraq külə dönüb.

Yanğınla mübarizə tam gücü ilə davam etsə də, hələlik heç bir nəticə əldə edilməyib.

Tanınmış model Bella Hadid məktəbinin necə yandığını sosial şəbəkədə paylaşıb.

88
Teqlər:
ölüm, meşə, yanğın, Kaliforniya
Əlaqədar
Yanğın parklanma yerinə on milyonlarla dollar ziyan vurub
Şimal-qərb bölgəsində yanğın olub
Bakıda yanğın meydana çıxıb
FHN yanğın xəbəri yayıb
Bakıda yanğın olub