Yer kürəsi

"Ölüm kometası" sabah Yerə yaxınlaşacaq - FOTO

430
(Yenilənib 19:25 10.11.2018)
Hazırkı yaxınlaşma Yer kürəsi üçün heç bir təhlükə daşımır

BAKI, 10 noyabr — Sputnik. Noyabrın 11-də Yerə “2015 TV 145” asteroidi yaxınlaşacaq. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, obyekt Yerdən 38 milyon kilometr aralıdan keçəcək.

Комета
© NAIC-Arecibo/NSF
Комета

NASA ekspertlərinin fikrincə, asteroid ölü kometadır. İnsan kəllə sümüyünü xatırlatdığına görə, göy cisminə "ölüm kometası" adı verilib.

Asteroid ilk dəfə 2015-ci ildə Yer kürəsindən yarım milyon kilometr uzaqlıqdan keçən zaman müşahidə sahəsinə düşüb. Həmin vaxt astrofiziklər onun bir neçə fotosunu da çəkə bilib.

Hazırkı yaxınlaşma Yer kürəsi üçün heç bir təhlükə daşımır. Gələn dəfə "ölüm kometası" Yerə 2082-ci ildə yaxınlaşacaq.

430
Teqlər:
təhlükə, kosmos, Yer, kometa
Əlaqədar
Yer üzünə "ölüm kometası" yaxınlaşır
Yupiterlə kometa toqquşacaq, Yer məhv olacaq