Türkiyədə dəhşətli partlayışda 7 əsgər öldü, 25 nəfər yaralandı

© AFP 2023 / OZAN KOSETürkiyədə təcili yardım avtomobili
Türkiyədə təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Dünən axsam saat 17.00-radələrində Hakkarinin Şəmdinli rayonunda hərbi baza ərazisində böyük partlayış baş verib

BAKI, 10 noyabr — Sputnik. Türkiyənin Hakkari vilayətində baş verən partlayış zamanı 7 əsgər ölüb, 25 əsgər yaralanıb. Bunu Mustafa Kamal Atatürkü anma mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Krımda terror aktı - Sputnik Azərbaycan
Krımda güclü partlayış olub, xeyli sayda ölü və yaralı var

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən axsam saat 17.00-radələrində Hakkarinin Şəmdinli rayonunda hərbi baza ərazisində böyük partlayış baş verib. Şəmdinli Sülh Cəza Hakimliyi xəbərin yayılmasına qadağa qoyub.

Məlumat bu gün prezident tərəfindən Beştəpədə keçirilən anım mərasimində açıqlanıb.

Bundan əvvəl valilik tərəfindən verilən açıqlamada polis idarəsində qəzalı vəziyyətdəki silah-sursatın partlaması nəticəsində 25 əsgərin yaralandığı, 7 əsgərin isə itkin düşdüyü bildirilmişdi.

Xəbər lenti
0