Ölkənin ikinci şəhərində ticarət mərkəzi yanıb külə döndü

© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidПожар в ТЦ "Лента" в Санкт-Петербурге
Пожар в ТЦ Лента в Санкт-Петербурге - Sputnik Azərbaycan
Abunə olmaq
Ticarət mərkəzindən 800 nəfər evakuasiya edilib

BAKI, 10 noyabr — Sputnik. Rusiyanın ikinci ən böyük şəhəri olan Sankt-Peterburqda "Lenta" hipermarketi yanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, alovlanan hipermarketin videosu sosial şəbəkələrdə yayılıb.

© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidRusiyanın ikinci ən böyük şəhəri olan Sankt-Peterburqda "Lenta" hipermarketi yanıb
Ölkənin ikinci şəhərində ticarət mərkəzi yanıb külə döndü - Sputnik Azərbaycan
Rusiyanın ikinci ən böyük şəhəri olan Sankt-Peterburqda "Lenta" hipermarketi yanıb

Fövqəladə Hallar Nazirliyi Peterburq şöbəsindən bildirilib ki, yanğın 4,8 min kvadrat metr ərazini əhatə edib. Yanğın 3-cü çətinlik dərəcəsinə aid edilib.

Qeyd edilir ki, hipermarketdən 800 nəfər evakuasiya edilib.

İlkin məlumatlara görə, yanğın hipermarketin içindəki təndirxanada başlayıb. Şahidlər yanğının tezliklə binanın damına keçdiyini bildirilər.

Artıq binadakı yanğın tam söndürülüb. Olay zamanı 2 nəfər yüngül xəsarət alıb.

 

 

 

Xəbər lenti
0