Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-ın İrana qarşı sanksiyalarından daha çox kimin faydalandığı məlum oldu

© AFP 2023 / Atta KenareЗдание с антиамериканским лозунгом в США, фото из архива
Здание с антиамериканским лозунгом в США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 5-dən İrana qarşı yeni sanksiyalar qüvvəyə minib

BAKI, 10 noyabr — Sputnik. Birləşmiş Ştatların İrana qarşı tətbiq etdiyi sanksiyalar Rusiyanın xeyrinə işləyib. Bu barədə Sputnik Azərbaycan The Wall Street Journal-a istinadən xəbər verir.

Belə ki, nəşrin şərhçiləri hesab edir ki, İrana qarşı Birləşmiş Ştatlar tərəfindən tətbiq olunan sanksiyalar Rusiyaya daha əvvəl İran şirkətlərinin olduğu bazarı tutmağa imkan verib.

Həmçinin, qeyd olunur ki, Rusiya tərəfi İran neftini barter şəklində almaq niyyətindir. Ruslar neftin əvəzinə İrana ərzaq və istehsalat avadanlıqları təqdim edəcəklər. 

Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Ekspert: “ABŞ-ın sanksiyaları İranın mövqeyini dəyişdirməyəcək”

Nəşr yazır ki, hazırda Rusiyada son 30 ildə ən rekord göstəricidə neft hasil edilir və hazırda ölkə bu göstəriciyə görə dünyada liderdir.

Qeyd edək ki, noyabrın 5-dən İrana qarşı yeni sanksiyalar qüvvəyə minib. Yeni sanksiyalar İranın energetika sahəsini – İran neftinin ixracını əhatə edəcək. Rəsmi Vaşinqton bəyan edib ki, onun məqsədi İran neftinin ixracını minimuma endirməkdir.

İran prezidenti Həsən Ruhani bəyan edib ki, İran ABŞ-ın sanksiyaların aşacaq və ABŞ-ı "peşman edəcək". "Birlik və birgə səylərlə biz sanksiyaları aşacağıq, biz ABŞ-ı peşman olmağa məcbur edəcəyik. Biz ölkəyə xarici investisiyaları cəlb etməyə davam edəcəyik. Biz iqtisadi çiçəklənmə yolunu bərpa edəcəyik" — deyə Ruhani qeyd edib.

Xəbər lenti
0