Председатель правительства РФ Дмитрий Медведев проводит заседание правительства РФ, 18 мая 2017 года

Medvedevdən ABŞ-a mühüm xəbərdarlıq

199
(Yenilənib 21:24 07.11.2018)
Rusiyanın baş naziri: "İranlıların səbrinin də həddi var"

BAKI, 8 noyabr — Sputnik. "ABŞ başqa ölkələrə sanksiya tətbiq edərək öz daxili siyasi məsələlərini həll etməyə çalışır. Bu ölkənin daxili siyasətində mübarizə nə qədər alovlanırsa, sanksiyalar da o dərəcədə sərtləşdirilir".

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bunu Rusiyanın baş naziri Dimitri Medvedev deyib.

ABŞ-da keçirilən aralıq seçkilərini dəyərləndirən Medvedev deyib: "Bu, onların daxili məsələsidir, ancaq İran və Rusiyaya qarşı sanksiyalar və ya Avropa və Çinə qarşı məhdudiyyətlər açıq şəkildə daxili siyasi məsələlərin həll edilməsi üçün gündəmə gətirilir".

Rusiyanın baş naziri Dmitri Medvedev
© Sputnik / Yekaterina Shtukina

Medvedev İrana qarşı sanksiyaları tənqid edib: “ABŞ və ya İsrail İranın nüvə sazişini pozmasına dair sübutlar təqdim etmədi, ancaq yenə də İrana qarşı sanksiya qərarı qəbul olundu. Bunun nələrə yol aça biləcəyi məlumdur. Böyük əmək sərf edilərək əldə edilən razılaşmalar sanksiya nəticəsində əndazədən çıxa bilər. Çünki iranlıların səbrinin də həddi var".

Qeyd edək ki, noyabrın 5-dən İrana qarşı yeni sanksiyalar qüvvəyə minib. Yeni sanksiyalar İranın energetika sahəsini – İran neftinin ixracını əhatə edəcək. Rəsmi Vaşinqton bəyan edib ki, onun məqsədi İran neftinin ixracını minimuma endirməkdir.

İran prezidenti Həsən Ruhani bəyan edib ki, İran ABŞ-ın sanksiyaların aşacaq və ABŞ-ı "peşman edəcək". "Birlik və birgə səylərlə biz sanksiyaları aşacağıq, biz ABŞ-ı peşman olmağa məcbur edəcəyik. Biz ölkəyə xarici investisiyaları cəlb etməyə davam edəcəyik. Biz iqtisadi çiçəklənmə yolunu bərpa edəcəyik" - deyə Ruhani qeyd edib.

199
Teqlər:
tənqid, İran, ABŞ, xəbərdarlıq, Dmitri Medvedev
Əlaqədar
Medvedev yenidən "Vahid Rusiya" partiyasının sədri seçilib
Medvedev: Münaqişənin dondurulmasını qan tökülməsindən üstün tuturam
Dmitri Medvedev Türkiyə ilə bağlı tapşırıq verdi
Dmitri Medvedev İlham Əliyevə məktub göndərib
Ərdoğanın qonaqları var: Medvedev, Jirinovski...