Ukraynanın Kropivnitski şəhərində Azərbaycan vətəndaşı güllələnib

Ukraynada Azərbaycan vətəndaşı güllələndi

130
(Yenilənib 18:07 07.11.2018)
40 yaşlı şəxs əvvəllər azadlıqdan məhrum edilib

BAKI, 7 noyabr — Sputnik. Ukraynanın Kropivnitski şəhərində Azərbaycan vətəndaşı güllələnib. Bu barədə Sputnik Azərbaycan "Lb.ua" saytına istinadən xəbər verir.

"Noyabrın 6-da, yerli vaxtla 22:00 radələrində Verxniy Permsk küçəsində naməlum şəxslər vətəndaşa atəş açıblar. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Ölən kişinin şəxsiyyəti müəyyənləşdirilib. Onun Azərbaycan vətəndaşı olduğu bildirilir. Faktla bağlı araşdırmalar aparılır" - vilayətin baş polis idarəsinin nümayəndəsi Vitalin Bevzenko bildirib.

40 yaşlı şəxs əvvəllər azadlıqdan məhrum edilib. Həmyerlimizə iki nəfərin hücum etdiyi bildirilir.

130
Teqlər:
məhkum, güllələnmə, Ukrayna, azərbaycanlı
Əlaqədar
Şabranda gənc oğlanın güllələnməsi ilə bağlı yeni xəbər gəldi
ABŞ prezidentinin həkimi güllələndi - FOTO
Məşhur kriminal avtoritet güllələndi
Artur Rasi-zadənin müşavirinin kürəkəni güllələnib
Xidmət başında olan nazirlik əməkdaşları güllələnib