ABŞ Konqresi

Qaçqın düşərgəsindən Konqresə gedən yol ABŞ-da ilkə imza atan müsəlman qadınlar

14971
Rəşidə Tlaib: "İslamı ABŞ konqresində şərəflə təmsil etməyə hazır"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 noyabr - Sputnik. ABŞ tarixində ilk dəfə iki müsəlman xanım ABŞ Konqresinin Nümayəndələr Palatasına seçilib. Sputnik Azərbaycan xəbər verir ki, onlardan biri Demokratlar Partiyasının xətti ilə Miçiqan ştatından seçilən fələstinli Rəşidə Tlaib və yenə partiya xətti ilə Minnesota ştatından seçilən somalili İlhan Omardır.

Rəşidə Tlaib ABŞ Konqresinə ilk seçilən müsəlman qadın, Somalidən olan İlhan Omar isə ABŞ Konqresində təmsil olunacaq ilk hicablı müsəlman qadın olacaq. Seçkilərin nəticəsini şərh edən Rəşidə Tlaib bildirib ki, İslamı ABŞ konqresində şərəflə təmsil etməyə hazırdır.

Bəs ABŞ Konqresinə seçilən müsəlman qadınlar kimdir?

​Rəşidə Harbi Tlaib 1976-cı il iyulun 24-də Detroytda Fələstindən olan immiqrant ailədə doğulub. Rəşidə Tlaibin anası Beyt Ur əl-Fuka yaşayış məntəqəsində, İordan Çayının qərb sahilində, atası isə Qüds şəhəri yaxınlığında yerləşən Beyt Haninada doğulub.

Tlaib ailəsi öncə Nikaraquaya, daha sonra isə Birləşmiş Ştatlara köçüb. Onun atası "Ford" avtomobil şirkətində işə başlayıb. Valideynlərinin ikisi də işlədiyindən Rəşidə Tlaib qardaş və bacılarının təlim-tərbiyə almasında önəmli yol oynayıb.

Rəşidə Tlaib 1994-cü ildə Detroyt məktəbini, 1998-ci ildə isə Ueyn Dövlət Universitetində Siyasi Elmlər fakültəsi üzrə bakalavr pilləsini bitirib. 2004-cü ildə Thomas M.Cooley Hüquq Məktəbində hüquqşünas ixtisasına yiyələnib.

2008-ci ildə Tlaib Miçiqan ştatının qanunverici orqanına keçirilən seçkilərdə qalib gəlməklə bu ştatda belə bir uğura nail olan ilk müsəlman, ABŞ tarixində isə bütün ştatlarda bu vəzifəyə seçilən ikinci müsəlman kimi tarixə düşüb. 2018-ci ildə isə Tlaib Demokratlar Partiyasından Miçiqan ştatından 13-cü Konqres bölgəsindən Nümayəndələr Palatasına seçilib.

İlhan Omar

İlhan Omar Somali əsilli, Minnesotadan olan amerikalı siyasətçidir. O, 1981-ci il oktyabrın 4-də Somalinin paytaxtı Moqadişoda doğulub. Onun atası Nur Omar Məhəmməd müəllim işləyib, anası isə İlhan Omar uşaq olduğu vaxt vəfat edib.

İlhan Omar atası və babası tərəfindən böyüdülüb. 1991-ci ildə Somalidə vətəndaş müharibəsi başlayanda İlhan Omar və ailəsi ölkəni tərk edir və 4 il Keniyada qaçqın düşərgəsində yaşayır. 1995-ci ildə isə İlhan Omarın ailəsi ABŞ-a miqrasiya edir. İlhan Mineapolisdə ingilis dilini üç ay ərzində öyrənməklə hamını heyrətə salır.

O, 2011-ci ildə Şimali Dakota Dövlət Universitetinin Siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsini bitirib. 2016-ci ildə Minnesota Nümayəndələr Palatasına keçirilən seçkilərdə qalib gəlib və ABŞ tarixində qanunverici orqana seçilən ilk Somali əsilli amerikalı siyasətçi olub.

2018-ci ildə ABŞ konqresinə keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədi kimi Konqresin aşağı palatasına - Nümayəndələr Palatasına seçilib.

14971
Əlaqədar
ABŞ siyasəti tarixində görünməmiş hadisə yaşanır
ABŞ-da seçkilərin nəticələri açıqlanıb
ABŞ-ın Monterey şəhəri Azərbaycan bayrağı ilə bəzədilib
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağı qapalı şəkildə müzakirə edib - Nəticə...

219
Rusiyalı diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur.

BAKI, 20 oktyabr - Sputnik. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. Rusiya mətbuatı xəbər verir ki, vu barədə jurnalistlərə Dağlıq Qarabağa dair qapalı iclasın yekunlarından danışan Təhlükəsizlik Şurasında bu ay sədrlik edən RF-nın BMT yanında daimi nümayəndəsi Vladimir Nebenzya məlumat verib.

"İndi atəşkəsə əməl olunmasını təmin etmək vacibdir, bu ən vacib məsələdir, çünki müvafiq razılaşma əldə olunub, lakin ona əməl olunmayıb. Əsas ona əməl olunmasını necə təmin etməkdir" - o bildirib.

"Bu məsələ əlbəttə ki, müzakirə  olunub və Şura yanaşmada kifayət qədər yekdillik nümayış etdirib", - Nebenzya sözünə davam edib. Eyni zamanda o deyib ki, bölgəyə BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatına ehtiyac var.

"Bu tez həyata keçən proses deyil" - diplomat vurğulayıb. "Belə bir məlumatlar var idi ki, Rusiya Müdafiə naziri Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu nəzarətin necə həyata keçirilə bulməsini müzakirə edib" - Nebenzya əlavə edib.

Diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur. "Orada kim olacaq və hansı statusda hələ müzakirə mərhələsində olan sualdır", - o deyib.

219
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb

9
Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq onlardan hansını nəzərdə tutduğunu dəqiqləşdirməyib.

BAKI, 20 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu prezidentliyə namizəd Cozef Baydenin fəaliyyətini araşdırmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinə yaxın jurnalistlər bildirib.

“FTB onu araşdırmalıdır. FTB direktoru Kristofer Reyə zəng edib, ondan soruşmalısınız. İlk baxışdan bu qədər çox günahkar olmaq mümkün deyil”, - deyə Amerika lideri deyib.

Qeyd edilir ki, Tramp Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Cozef Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq prezidentin onlardan hansını nəzərdə tutduğu dəqiqləşdirilməyib.

9
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

0
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0