ABŞ-da seçkilər

ABŞ-da seçkilərin nəticələri açıqlanıb

73
(Yenilənib 10:50 07.11.2018)
Donald Trampın partiyası Nümayəndələr Palatasında üstünlüyü itirib

BAKI, 7 noyabr — Sputnik. ABŞ-da keçirilən aralıq seçkilər başa çatıb. Sputnik Azərbaycan "CNN"-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar Partiyası ABŞ Senatına keçirilən seçkilərdə qalib gəlib.

Ən son məlumatlara görə, Respublikaçılar Konqresin Yuxarı Palatasına – Senata keçirilən seçkilərdə 51 yer, Demokratlar 43 yer qazanıb.

Demokratlar Partiyasının namizədləri isə Nümayəndələr Palatasına seçkilərdə daha çox səs toplayıblar. Belə ki, Konqressin Aşağı Palatasına keçirilən seçkilərdə Respublikaçılar Partiyası 191 yerə, Demokratlar Partiyası isə 205 mandata sahib olub.

73
Teqlər:
Demokratlar Partiyası, Respublikaçılar Partiyası, Donald Tramp, seçkilər, ABŞ
Əlaqədar
ABŞ siyasəti tarixində görünməmiş hadisə yaşanır
ABŞ PKK terrorçuları üçün böyük məbləğdə pul mükafatı ayırıb
ABŞ-ın Monterey şəhəri Azərbaycan bayrağı ilə bəzədilib