Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünyanın ən seksual aktyorunun adı açıqlandı

© REUTERS / Hannibal Hanschkeİdris Elba
İdris Elba - Sputnik Azərbaycan
Abunə olmaq
Britaniyalı aktyor "Mollinin oyunu", "Tor" franşizası, "Aramızdakı dağlar", "Qaranlıq Qala", "Star Trek" kimi filmlərdə rol alıb

BAKI, 7 noyabr — Sputnik. Britaniyalı aktyor və "Lüter" serialının ulduzu İdris Elba "People" jurnalının versiyasına əsasən 2018-ci ilin ən seksual kişisi seçilib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Ola bilməz. Bu doğrudur? Mən güzgüyə baxdım və öz-özümə dedim. Bəli bu gün sən çox seksual görünürsən. Bu xoş sürpriz oldu və təbii ki, özünə inamı artırdı", — deyə 46 yaşlı aktyor jurnalın üz qabığında öz fotosunu görərkən keçirdiyi hisslər barədə danışarkən bildirib.

Qeyd edək ki, Britaniyalı aktyor "Mollinin oyunu", "Tor" franşizası, "Aramızdakı dağlar", "Qaranlıq Qala", "Star Trek" kimi filmlərdə rol alıb.

Xəbər lenti
0